Azərbaycanda bu il keçiriləcək qəbul imtahanlarının vaxtı açıqlanıb

TQDK 1Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-ci ildə keçiriləcək qəbul imtahanlarının vaxtını açıqlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ali məktəblərə daxil olmaq istəyənlər üçün ərizə qəbulu 1 aprel – 30 aprel tarixlərində aparılacaq.

II və III qruplar üzrə qəbul imtahanı (əvvəlki illərin məzunları) 17 may, I və IV qruplar üzrə qəbul imtahanı (əvvəlki illərin məzunları) 24 may, I və IV qruplar üzrə qəbul imtahanı (cari ilin məzunları) 14 iyul, II və III qruplar üzrə qəbul imtahanı (cari ilin məzunları) 25 iyul tarixində keçiriləcək.

12.02.2015