“Die Welt” internet nəşrində “Bakı – işıqlar və odlar şəhəridir” başlığı altında məqalə çıxıb. Məqalənin müəllifi Knut Teske Bakını hər hansı bir qərb paytaxtı ilə müqayisə olunmayacaq müasir Avropa şəhəri kimi təsvir edir: “Nə Nyu-York, nə Tokio, Nə Rio, nə London, nə də Paris Bakı ilə müqayisəyə gəlmir. Ola bilsin ki, Roma, daha dəqiq, Roma Forumu, o da ki müəyyən saatlarda”. Xüsusi diqqəti müəllif Bakı binalarının gecə işıqlandırılmasına yönəldir və qeyd edir ki, şəhərin gözəlliyi turistləri heyrətləndirir. “Hazırda Bakı ikinci həyatını yaşayır” – deyə, nəşr Azərbaycanın paytaxtındakı tikinti bumu, “Flame Towers” (“Alov qüllələri”) kimi nəhəng kompleks haqqında söhbət açır. Davamı
Bölmə: Ana səhifə
Ermənistan İctimai Televiziyası: Azərbaycanda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsinin final mərhələsini canlı yayımlayacağıq
Ermənistan İctimai Televiziyası Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsinin final mərhələsini canlı yayımlayacaq. APA-nın məlumatına görə, bu barədə “Panarmenian”a telekanaldan bildiriblər. Davamı
“Eurovision-2012”nin finalına vəsiqə qazanmış daha 10 ölkə bəlli olub
Bakıda 57-ci “Eurovision-2012” mahnı müsabiqəsinin II yarımfinal mərhələsi keçirilib.APA-nın xəbərinə görə, şounun keçirildiyi «Baku Crystal Hall» tamaşaçı ilə dolu olub. İlk olaraq səhnəyə üç aparıcı Leyla, Eldar və Nərgiz çıxıb. Yarışma dünyanın 46 ölkəsində canlı yayımlanıb. İkinci yarımfinaldan finala Litva, Bosniya və Herseqovina, Serbiya, Ukrayna, İsveç, Makedoniya, Norveç, Estoniya, Malta və Türkiyə vəsiqə qazanıb. Davamı
“Buta” sarayında 28 May – Respublika Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib
Mərasimdə 20A12-ci il üçün Azərbaycan Respublikasının elm sahəsi üzrə Dövlət Mükafatının təltif edilməsi mərasimi olub
Bu gün “Buta” sarayında 28 May – Respublika Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib. APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri rəsmi qəbulda iştirak edibər. Davamı
Prezident İlham Əliyev: “Bu gün iqtisadi inkişaf templərinə görə Azərbaycan dünya miqyasında lider ölkədir”
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”. Azərbaycan prezidenti İlham Əliyev bu fikri “Buta” sarayında 28 May – Respublika Gününə həsr olunmuş rəsmi qəbuldakı çıxışı zamanı işlədib. Davamı


