“ABŞ və Avropa artıq Dağlıq Qarabağ münaqişəsini arxa planda saxlaya bilməz”. APA-nın məlumatına görə, bu fikirlər Denis Korboyun “The New York Times” qəzetində dərc olunmuş “Qıcıqlandırılmış Qafqazı sakitləşdirərkən” adlı məqaləsində öz əksini tapıb.
Məqalədə qeyd olunur ki, dövlət katibi Hillari Klintonun bu həftə Ermənistan, Azərbaycan və Gürcüstana səfəri yerinə düşür: “Qafqaz regionunda konfrontasiya riski var, bu isə ABŞ və Avropanın maraqlarına təsir edə bilər. Bu səbəbdən regiona mütəmadi olaraq yüksək səviyyədə diqqət ayırmaq lazımdır”. Davamı
Bölmə: Ana səhifə
Azərbaycan və Ermənistan KİV rəhbərlərinin Moskva görüşündə bəzi məsələlərə dair razılıq əldə olunub
Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək məqsədilə Azərbaycan və Ermənistan cəmiyyətlərinin yaxınlaşdırılması üzrə humanitar təşəbbüs çərçivəsində Moskvada iki ölkənin bəzi KİV rəhbərlərinin görüşü başa çatıb. Davamı
İçərişəhərdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər keçiriləcək
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə İçəri Şəhərdə bir sıra tədbirlər təşkil olunacaq. İdarədən APA-ya verilən məlumata görə, bu gün 16:00-da “Arxeoloji Park”da “DA-ART” uşaq təsviri incəsənət mərkəzinin tələbələrinin müəllifləri olduqları foto, rəsm və digər əl işlərindən ibarət “Tarix uşaqlarımızın gözü ilə” adlı sərgi təşkil ediləcək. Sərgi zamanı uşaqlar müxtəlif tətbiqi-sənət nümunələrini əyani şəkildə hazırlayacaq və arzu edən şəxslərə qısa “master klass”lar keçəcəklər. Tədbir Müslüm Maqomayev adına 26 saylı uşaq musiqi məktəbinin şagirdlərinin və 160 saylı klassik gimnaziyanın özfəaliyyət kollektivlərinin musiqili çıxışı ilə müşayiət olunacaq. Davamı
Azərbaycan hakimiyyəti QHT-in fəaliyyətinə müdaxilə etmir
Azərbaycan hakimiyyəti qeyri-hökümət təşkilatlarını özünün partnyoru hesab edir. 1news.az saytının məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında QHT-rə Dövlət Dəstəyi Şurasının dəstəyilə təşkil olunmuş “Vətəndaş cəmiyyətinin inkişafında QHT-in rolu” adlı konfransda Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bəyan edib. “Son illər QHT-lər ilə hökümət strukturları arasındakı münasibətlər böyük inkişaf yolu keçmışdir. Azərbaycan rəhbərliyi QHT-rə dəstək konsepsiyasını qəbul edib Azərbaycan Prezidenti yanında QHT-rə Dövlət Dəstəyi Şurasını yaratdıqdan sonra bir çox xaricdəki təşkilatlar və dairələr buna paxıllıqla yanaşdı və Azərbaycan hakimiyyətinin qeyri-hökümət təşkilatlarını nəzarət altında saxlayıb onların azad fəaliyyətinə mane olacağına işarə edirdilər” – deyə, dövlət rəsmisi vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda belə bir siyasət həyata keçirilmir və ötən müddət Azərbaycan hakimiyyətinin qeyri-hökümət sektorunun fəaliyyətinə müdaxilə etmədiyini göstərib. Davamı
Azərbaycan 57-ci «Eurovision» mahnı müsabiqəsində dördüncü olub
Müsabiqənin qalibi İsveç təmsilçisi Lorin olub
Mayın 26-da Azərbaycanda möhtəşəm «Eurovision 2012» mahnı müsabiqəsinin final şousu keçirilib. APA-nın məlumatına görə, İsveç 372 səslə müsabiqənin qalibi olub. Müsabiqəyə ev sahibliyi edən Azərbaycan müsabiqənin dördüncüsü olub. Müsabiqənin ilk beşliyində – İsveç, Rusiya, Serbiya, Azərbaycan və Albaniya yer alıb. Davamı


