Bölmə: Ana səhifə

“ELS”Bakı treninqlərini başa çatdırdı

27.09.2013“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2013-cü il Prezident seçkilərində keçirəcək “Ekzit-poll” (“Exit-poll”) tədqiqatı ilə bağlı Bakı treninqlərini başa çatdırıb. “Ambassador Hotel”-də supervayzer və intervüerlər üçün təşkil olunan treninqlər 4 gün davam edib. Hazırda Azərbaycanın bütün dairələrində (Naxçıvan istisna olunmaqla) keçirilən treninqlər oktyabrın 1-də başa çatacaq. Davamı

28.09.2013

MSK açıq səsvermə yolu ilə hər üç təşkilatın müraciətini qəbul edib.

Secki-Ekzitpoll2013MSK katibi Arifə Muxtarova Cəmil Həsənlinin MSK-dakı səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı tərəfindən komissiyaya müraciət daxil olduğunu söyləyib. Onun sözlərinə görə, müraciətdə deyilir ki, Azərbaycan telekanalları Seçki Məcəlləsinin tələblərini pozaraq prezidentliyə namizədlərin təbliğatını aparır: “Müraciət daxil olandan sonra seçki mütəxəssisləri tərəfindən araşdırılıb və heç bir nöqsan aşkar olunmadığı üçün müraciət ərizəsi geri qaytarılıb”.
Məsələ MSK-da səsə qoyulub və müraciət qəbul edilməyib. Davamı

28.09.2013

Avropa Parlamentinin Azərbaycanda seçkiləri izləyəcək müşahidə missiyasının tərkibi açıqlanıb

Avropa-parlamentiMüşahidə missiyasına italiyalı deputat rəhbərlik edəcək

Avropa Parlamentinin Azərbaycanda seçkiləri izləyəcək müşahidə missiyasının tərkibi açıqlanıb. Bu barədə APA-ya Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun ofisindən məlumat verilib. E. Süleymanov bildirib ki, sentyabrın 25-də Avropa Parlamentinin Azərbaycanda 9 oktyabrda keçiriləcək prezident seçkilərini müşahidə missiyasının tərkibi müəyyənləşib. Davamı

26.09.2013