“ELS”Bakı treninqlərini başa çatdırdı

27.09.2013“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2013-cü il Prezident seçkilərində keçirəcək “Ekzit-poll” (“Exit-poll”) tədqiqatı ilə bağlı Bakı treninqlərini başa çatdırıb. “Ambassador Hotel”-də supervayzer və intervüerlər üçün təşkil olunan treninqlər 4 gün davam edib. Hazırda Azərbaycanın bütün dairələrində (Naxçıvan istisna olunmaqla) keçirilən treninqlər oktyabrın 1-də başa çatacaq.

Qeyd edək ki, sentyabrın 25-də Mərkəzi Seçki Komissiyası “ELS”-ın seçkilərdə 6 dəfə “exit poll” həyata keçirdiyini və bu sahədə kifayət qədər təcrübəyə malik olduğunu əsas gətirərək 2013-ci il Prezident seçkilərində “ekzit-poll” tədqiqatının aparılması üçün təşkilatı qeydə alıb. “ELS” Müstəqil Araşdırmalar Mərkəzi “Ekzit-poll”u 1100 nəfərlə həyata keçirəcək.

28.09.2013