Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı və AVCİYA-nın Bərdə rayonu üzrə nümayəndəsi Xaliq Məmmədov Bərdədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli müşahidəçiləri Mario Barfus və Semus Martin ilə görüş keçiriblər. Davamı
Bölmə: Ana səhifə
XİN: Azərbaycan toponimlərin təhrif olunmasına etiraz edir
Azərbaycan “Google Earth” və “Google Map”də Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycana məxsus toponimlərin təhrif olmasına qarşı çıxır və bu axtarış saytlarının rəhbərlərindən səhvlərini düzəltməyi tələb edir. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. Davamı
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda prezident seçkilərinin monitorinq proqramı və müşahidə missiyasının tərkibini açıqlayıb
APA-nın təşkilatın rəsmi saytına istinadən verdiyi məlumata görə, uzunmüddətli müşahidə missiyasının nümayəndələri sentyabrın 11-dən yerlərdə seçkiqabağı durumu öyrənmək məqsədilə bölgələrə gedəcəklər. ATƏT DTİHB-in qısamüddətli müşahidə missiyası isə Azərbaycana oktyabrın 5-də gələcək. Bu missiyanın üzvləri oktyabrın 7-də regionlara gedəcəklər. Davamı
Azərbaycanın təhsil naziri: “Məktəblilərin yay tətilinin müddəti çox uzundur”
Bu il Azərbaycanda yeni tədris ili sentyabrın 16-da başlayacaq
APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsindəki suallar əsasında verdiyi müsahibəsində deyib ki, bu məsələyə dair qərar birmənalıdır. Lakin təhsil naziri 3 ay yarım yay tətilinin şagirdlərin istirahət üçün çox uzun müddət olduğunu deyib. Davamı
Avropa Şurasının Büro iclasında Ermənistan tərəfindən işğal olunmuş Sərsəng su anbarına dair qətnamə layihəsinə baxılacaq
Sentyabrın 2-də Avropa Şurasının Büro iclasında 18 Avropa ölkəsini təmsil edən 45 deputatın imzası ilə Ermənistan tərəfindən işğal olunmuş Sərsəng su anbarına dair qətnamə layihəsinə baxılacaq. APA-nın məlumatına görə, bununla əlaqədar, AVCİYA prezidenti, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvü Elxan Süleymanov AŞPA prezidenti Jan Klod Minyon, AŞPA baş katibi Voyçex Saviski (Woyciech Sawicki) və AŞPA Büro üzvlərinə məktub ünvanlayıb. Davamı


