MSK açıq səsvermə yolu ilə hər üç təşkilatın müraciətini qəbul edib.

Secki-Ekzitpoll2013MSK katibi Arifə Muxtarova Cəmil Həsənlinin MSK-dakı səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı tərəfindən komissiyaya müraciət daxil olduğunu söyləyib. Onun sözlərinə görə, müraciətdə deyilir ki, Azərbaycan telekanalları Seçki Məcəlləsinin tələblərini pozaraq prezidentliyə namizədlərin təbliğatını aparır: “Müraciət daxil olandan sonra seçki mütəxəssisləri tərəfindən araşdırılıb və heç bir nöqsan aşkar olunmadığı üçün müraciət ərizəsi geri qaytarılıb”.
Məsələ MSK-da səsə qoyulub və müraciət qəbul edilməyib.

İclasda Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsinin və vəkil edilmiş şəxsləri qeydə alınıb.

28.09.2013