Bölmə: Ana səhifə

Bakıda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

Ushaqlarin-beynelxalq-mudafie-gunu11 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü artıq 63 ildir dünyada qeyd olunur. Gün.Az xəbər verir ki, iyunun 1-i uşaqların müdafiəsinə həsr etmək haqda qərar BMT Baş Assambleyasında 1950-ci ildə qəbul olunub. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Davamı

1.06.2014

ELS təbrik edir!

Oqtay-ZulfuqarovOqtay Zülfüqarov – 85

Mayın 31-də, bu gün Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, xalq artisti, bəstəkar Oqtay Zulfüqarov 85 yaşını qeyd edir. 500-dən artıq artıq bəstələdiyi uşaq mahnıları ilə neçə-neçə nəslin ürəyinə yol tapmış bəstəkar bu gün də yaradıcılıq axtarışındadır. Həmçinin onun Azərbaycanın ictimai həyatındakı yeri, milli musiqimizin təbliği, gənc nəslin mədəni-mənəvi inkişafı, layiqli vətəndaş kimi formalaşması istiqamətində  gördüyü işlər danılmaz və çoxşahəlidir.  Davamı

31.05.2014

Azərbaycanın ümumtəhsil məktəblərində “Son zəng” səsləndi

Son-zengAPA-nın xəbərinə görə, hər il ölkədə “Son zəng” tədbirləri mayın 31-də qeyd olunub. Lakin bu il mayın 31-i şənbə gününə düşdüyündən “Son zəng” tədbirlərinin vaxtında müəyyən dəyişiklik edilib. Belə ki, Azərbaycanda tədris həftəsi 5 günlük olan orta məktəblərdə “Son zəng” dünən çalınıb. Bu gün isə tədris həftəsi 6 günlük olan orta məktəblərdə “Son zəng” tədbiri keçirilir. Saat 10:00-da başlayacaq “Son zəng” tədbirləri 3 saat davam edəcək və saat 13:00-da yekunlaşacaq. Davamı

31.05.2014

Azərbaycan xalqı Respublika Gününü qeyd edir

Respublika-gunu-28-May-main28 May Azərbaycanın tarixinə Respublika günü kimi daxil olub və xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir. Çünki həmin gün -1918-ci il mayın 28-də Gülüstan və Türkmənçay müqavilələrindən sonra müstəqilliyini itirən, yüz ildən artıq müstəmləkə şəraitində yaşayan, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan azadlığa çıxmışdır. Davamı

27.05.2014

Azərbaycanda əfv sərəncamının icrasına başlanıb

TurmeBu gün əfv sərəncamının icrasına başlanıb. APA-nın məlumatına görə, əfv sərəncamı mayın 26-da Azərbaycan prezidenti İlham Əliyev tərəfindən imzalanıb. Sərəncam ümumilikdə 175 məhkuma şamil olunub. Sərəncamla azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 157 şəxs cəzanın çəkilməmiş hissəsindən, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər, islah işləri cəzasına məhkum edilmiş 1 nəfər cəzadan, 11 nəfər isə cərimə cəzasından azad edilib. Əfv sərəncamı bəzi xarici ölkə vətəndaşlarına da şamil edilib.   Davamı

27.05.2014