İyulun 8-də Beynəlxalq Mətbuat Mərkəzində aidiyyati dövlət strukturlarının təmsilçiləri, görkəmli mədəniyyət və incəsənət xadimləri, yerli QHT-lər və KİV nümayəndələrinin iştirakı ilə “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 2014-cü il mayın 1-dən AR Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” adlı layihəsinin təqdimatı keçirilmişdir. Təqdimat Fotoqalereya Davamı
Bölmə: Ana səhifə
Uşaq ədəbiyyatına nə üçün maraq azdır?
Bu gün cəmiyyətdə haqlı olaraq uşaq ədəbiyyatına nə üçün marağın az olması sualına cavab axtarılır.Artıq 4 ilə yaxındır ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzininhəyata keçırdiyi bütün layihələrində gənclərinvətəndaş cəmiyyətinin kamil və layiqli üzvləri kimi formalaşması məsələsi prioritet təşkil edir. Bu məsələdə mədəniyyət və incəsənətin rolunun danılmaz olduğunu əsas götürən Mərkəzin apardığı araşdırmalar uşaqların mədəni inkişafına əhəmiyyətli dərəcədə təsir göstərən musiqi əsərləri, ölkə telekanallarında yayımlanan uşaq verilişləri, habelə bilik mənbəyi olan, dünyagörüşünü genişləndirən, söz ehtiyatını artıran və sair imkanlara malik kitab mütaliəsi sahəsində vəziyyətin ürəkaçan olmadığını üzə çıxarmışdır. “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova digər mütəxəssislərlə yanaşı “Kaspi” qəzetinə verdiyi açıqlamasında məsələyəaydınlıq gətirməyə çalışıb. Məqaləni olduğu kimi təqdim edirik: www.kaspi.az
Azərbaycan prezidenti: “Heç bir kənar qüvvə bu bölgədə sabitliyin qarantı ola bilməz”
APA-nın məlumatına görə, bunu iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Dövlət Sərhəd Xidmətinin hissələrinin birgə əməliyyat-taktiki təlimlərini izlədikdən sonra hərbçilər qarşısında çıxışı zamanı Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev deyib. Davamı
Prezident İlham Əliyev xarici QHT-in Azərbaycanla bağlı layihələrinin dəstəklənməsinə 3 milyon manat ayırıb
Prezident İlham Əliyev xarici qeyri-hökumət təşkilatlarının Azərbaycanla bağlı layihələrinin dəstəklənməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, sərəncamda deyilir ki, son illər həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda vətəndaş cəmiyyəti təsisatları güclənmiş, ictimai maraqların təmin olunmasında onların rolu xeyli artıb. Davamı
NATO PA-nın Bakıda keçirilən seminarında Serj Sarkisyan regionun bir nömrəli terrorçusu adlandırılıb
Bakıda ötən gündən etibarən keçirilən NATO Parlament Assambleyasının (PA) seminarında iştirak edən Ermənistan nümayəndə heyətinə xəbərdarlıq olunub. APA-nın məlumatına görə, bu, NATO PA-nın “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” adlı 86-cı “Rose-Roth” seminarının bu gün davam edən ikinci günündə bildirilib. Seminarın bu gün davam edən hissəsində əvvəlcə söz alaraq çıxış edən Ermənistanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Koryun Nahapetyan seminarın gündəliyindən kənara çıxaraq, birbaşa Azərbaycanı ittiham etməyə başlayıb. O, son 7 ildə Azərbaycanın hərbi büdcəsinin 20 dəfə artdığını bildirərək, bunu regionda real təhdid kimi təqdim edib və qurumdan buna sərt reaksiya verməyi tələb edib. Davamı


