Bölmə: Ana səhifə

XİN Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyinin prioritetlərini açıqlayıb

bayraqlarAzərbaycanın Avropa Şurası (AŞ) Nazirlər Komitəsində sədrliyi dövründə əsas prioritetləri korrupsiya ilə mübarizə, sosial məsələlər, Azərbaycana xas olan multikulturalizm, təhsil, xüsusən insan hüquqları sahəsində təhsil məsələləridir. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev bildirib. Davamı

6.05.2014

ELS təbrik edir!

Oqtay_RecebovBəstəkar və pedaqoq Oqtay Rəcəbov növbəti baharını qeyd edir

Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi  üzvü, professor, bəstəkar və pedaqoq, uşaq mahnılarının mahir yaradıcısı kimi tanınan Oqtay Rəcəbov bu gün 73 yaşını qeyd edir. “Anam Azərbaycan”. “Nəğmələr”, “Necə unudum səni?”, “Zəfəran”, “Daha nə istəyirsən” mahnıları ilə xalqın ürəyinə yol tapmış, Azərbaycan mədəniyyətini, musiqisini dünyaya tanıtmış sənətkar eyni zamanda uşaqlar üçün də musiqi əsərləri yazmış və  bu gün ümumtəhsil məktəblərində tədris olunan bir çox musiqi dərsliklərinin müəllifidir.

O.Rəcəbov 20-dək filmə musiqi bəstələyib, beş simfoniya, üç opera, iki operetta, kantata, instrumental konsertlər, digər janrda əsərlər yazıb.

Artıq bir necə ildir ki, Oqtay Rəcəbov layihələrimizin həyata keçirilməsində dəyərli fikir və məsləhətləri ilə bizə kömək edir. Hər zaman səsimizə səs verən, bizdən öz yardımını əsirgəməyən, ömrünü  Azərbaycan musiqisinin inkişafına həsr edən sənətkarı doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı,  yaradıcılığında yeni uğurlar arzulayırıq.

5.05.2014

Elxan Süleymanov: “Sərsənglə bağlı problem ermənilərin bizə qarşı 1905-ci ildən bəri yürütdükləri soyqırım siyasətinin tərkib hissəsi kimi qəbul edilməlidir”

ermeni-soyrqim-yalancilarAzərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) öz fəaliyyətini  Azərbaycan dövlətinin və Azərbaycan xalqının milli maraqlarının təmin edilməsinə həsr etmiş, bu istiqamətdə bir çox layihələr həyata keçirmişdir. Bu kontekstdə AVCİYA-nın fəaliyyətində prioritet istiqamətlərdən biri  ermənilərin Azərbaycan xalqına qarşı sistemli və davamlı şəkildə həyata keçirdiyi soyqırım cinayətləri, Ermənistanın ölkəmizə qarşı silahlı təcavüzü, işğal altında olan ərazilərdə xalqımıza qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti, müharibə cinayətləri, insanlığa qarşı cinayətlər haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması olmuşdur. Davamı

1.05.2014

Azərbaycan Prezidenti “Şərq tərəfdaşlığı” sammitində Serj Sarkisyana tutarlı cavab verib

Ilham-Eliyev-cixishAprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammit keçirilib. APA-nın məlumatına görə, Ermənistan prezidenti Serj Sarkisyan zirvə görüşünün plenar iclasında öz çıxışını bütünlükdə qondarma “erməni soyqırımı” ilə bağlı mülahizələrə həsr edib. Türkiyənin sammitdə təmsil olunmamasından sui-istifadə edən Ermənistan prezidenti bununla da plenar iclasın mövzusundan tamamilə kənara çıxaraq qondarma “soyqırım” məsələsini qabardıb və Türkiyəni əsas tənqid hədəfi kimi seçib. Davamı

25.04.2014