Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib.
Trend-in AzərTAc-a istinadən verdiyi məlumata görə, sənəddə respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı toplantı, konfrans və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi, bu tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədi ilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və diaspor qurumları tərəfindən müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulub. Davamı

Heydər Əliyev Fondu “Buta” sarayında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində uşaqlar üçün ənənəvi bayram şənlikləri keçirib. APA-nın AzərTAc-a istinadən verdiyi məlumata görə, bayram şənliyində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
Beynəlxalq müsabiqələrin laureatı və qalibi “Təbəssüm” Uşaq Musiqili Teatrının kollektivi dekabrın 29-da Rəşid Behbudov adına Mahnı Teatrında tamaşaçılarına ilin yekun konsert proqramını təqdim etdi. Yeni il üçün xüsusi hazırlanmış tamaşa ilə uşaqları sevindirən gənc istedadlar bir-birindən maraqlı və rəngarəng rəqs və mahnılarla da çıxış etdilər. Gecənin görüntülərini təqdim edirik:
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə ölkədə və onun hüdudlarından kənarda yaşayan həmvətənlilərini ürəkdən təbrik edir, onları həmrəyliyə, dövlətçiliyə və Azərbaycanın milli maraqlarına xidmət etməyə çağırır. Hər bir azərbaycanlı ailəsinə can sağlığı, xobəxtlik və əminamanlıq!
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür. 11 ildən artıq müddətdə dövlətə rəhbərlik edən İlham ƏliyevAzərbaycanın ümummilli lideri Heydər Əliyevin ideyalarını və prinsiplərini həyata keçirərək Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi siyasətini uğurla davam etdirir. Azərbaycan Respublikası məhz onun rəhbərliyi altında siyasi və iqtisadi inkişafda mühüm uğurlar qazanmış, beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsinə nail olmuşdur.
