Bölmə: Ana səhifə

Azərbaycanda təqaüdlər artırıla bilər

bankomat_080512“Məzənnənin dəyişməsinin istehlak səbətinə hər hansı bir təsiri olacaqsa, istehlak qiymətləri indeksinin hər hansı bir dəyişməsi halı müşahidə olacaqsa, pensiya məbləğlərində nəzərə alınacaq və pensiya məbləğlərinin indeksləşdirilməsi yolu ilə bu aradan qaldırılacaq”. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib. Davamı

26.02.2015

Azərbaycanda bu il keçiriləcək buraxılış və qəbul imtahanları ilə bağlı yeni qaydalar açıqlanıb

Qebul imtahani 020812Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-ci ildə Azərbaycanda keçiriləcək buraxılış və qəbul imtahanları ilə bağlı yeni qaydaları açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, komissiyanın kollegiyasının 14.01.2015-ci il tarixli qərarlarına əsasən bu ildən etibarən ixtisas qruplarının sayı dörddən beşə artırılıb. V ixtisas qrupuna xüsusi qabiliyyət tələb edən ixtisaslar daxildir (I ixtisas qrupuna daxil olan Memarlıq və Dizayn (memarlıq və dizayn istiqaməti) ixtisasları istisna olmaqla). Davamı

12.02.2015

Azərbaycanda bu il keçiriləcək qəbul imtahanlarının vaxtı açıqlanıb

TQDK 1Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-ci ildə keçiriləcək qəbul imtahanlarının vaxtını açıqlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ali məktəblərə daxil olmaq istəyənlər üçün ərizə qəbulu 1 aprel – 30 aprel tarixlərində aparılacaq.

II və III qruplar üzrə qəbul imtahanı (əvvəlki illərin məzunları) 17 may, I və IV qruplar üzrə qəbul imtahanı (əvvəlki illərin məzunları) 24 may, I və IV qruplar üzrə qəbul imtahanı (cari ilin məzunları) 14 iyul, II və III qruplar üzrə qəbul imtahanı (cari ilin məzunları) 25 iyul tarixində keçiriləcək.

12.02.2015

“Azərbaycan mətbəxi” qalib oldu

book_100215“Azərbaycan mətbəxi” kitabı “Dünya Qurman Yemək Kitabı – 2014” mükafatının qalibi olub. Böyük Britaniyanın “Saqi Books” nəşriyyat evinin Tahir Əmiraslanov və Leyla Rəhmanovanın köməyi ilə hazırlanan “Azərbaycan mətbəxi” kitabı “Ən yaxşı Şərqi Avropa kitabı” və “Ən yaxşı yemək kitabı” kateqoriyasında “Dünya Qurman Yemək Kitabı – 2014” mükafatını qazanıb. Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Davamı

9.02.2015

İsrail prezidenti Xocalı faciəsini dünyadakı kütləvi qətllər sırasında qeyd edib

94422df81907d1924002e624dc36ce14İsrail prezidenti Reuven Rivlin BMT Baş Assambleyasında Holokost (yəhudi soyqırımı) qurbanları ilə bağlı keçirilən mərasimdəki çıxışında Xocalı faciəsini də dünyada törədilən soyqırımlar və kütləvi qətllər sırasında qeyd edib. APA-nın İsrail XİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, antisemitizmə, şovinizmə və bəşəri cinayətlərə qarşı mübarizədən söz açan İsrail prezidenti bildirib ki, dünya ictimaiyyəti həddən çox göz yaşı tökür, amma daha az iş görür: Davamı

31.01.2015