“Biz Azərbaycan xalqını sakit keçən səsvermə günü ilə bağlı təbrik etmək istəyirik”. APA-nın məlumatına görə, bunu AŞPA-nın Azərbaycanda ötən gün keçirilmiş referendumla bağlı qiymətləndirmə missiyasının rəhbəri Aleksandr Nikoloski heyətin ilkin rəyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, AŞPA nümayəndə heyəti belə nəticəyə gəlib ki, referendum milli qanunvericiliyə uyğun keçirilib: “Azərbaycan Konstitusiyası qanuni və legitim hesab olunur. Səsvermə prosesi şəffaf və yaxşı təşkil olunub, səmərəli və sakit keçib. Səslərin sayılması zamanı ciddi pozuntular qeydə alınmayıb. Biz Azərbaycan xalqının iradəsinə hörmətlə yanaşırıq. Referendumun nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir”.

Sentyabrın 26-da “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərlə bağlı Ümumxalq səsverməsi zamanı (referendum) “Ekzit-poll” tədqiqatını 118 seçki dairəsinin 400 seçki məntəqəsində həyata keçirmişdir. Gün ərzində saat 10:00, 13:00, 16:00, 18:00-də intervüerlər sorğu anketlərindəki məlumatları Mərkəzin qərargahına ötürmüşlər.
Sentyabrın 26-da saat 19.30-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərlə bağlı Ümumxalq səsverməsi zamanı (referendum) rəhbərlik etdiyi Mərkəzin həyata keçirdiyi “Ekzit-poll” tədqiqatının nəticələrini açıqladı. Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunan mətbuat-konfransı zamanı jurnalistlərə açıqlamasında İ.Yaqubova 118 seçki dairəsinin 400 seçki məntəqəsində “Ekzit-poll” keçirildiyini və gün ərzində intervüerlərin saat 10:00, 13:00, 16:00, 18:00-də məlumatları Mərkəzin “İrşad Hotel”dəki Qərargahına ötürdüklərini qeyd etdi.
“Ekzit-poll” tədqiqatının nəticələrinə görə seçici fəallığı 65,1%-dir
“Ekzit-poll” tədqiqatının nəticələrinə görə seçici fəallığı 63,8%-dir
