Yanvarın 2-3-də “Passage 1901” və “JW MARRIOTT ABSHERON BAKU” qapılarını Bakı şəhərinin balaca sakinləri üçün açmışdır. Bu məkanlarda “Bakı” Mədəni İnkişaf Mərkəzi və Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən “Günay” Uşaq Teatr Studiyasının təşkilatçılığı ilə rəngarəng Yeni İl karnavalları təşkil olunmuşdur.
Balaca tamaşaçıları ənənəvi olaraq Şaxta Baba, Qar Qız və sevimli nağıl qəhrəmanları təbrik etdilər. Uşaqlar üçün səhnələşdirilmiş tamaşalar, viktorinalar, zarafatlar, rəqslər keçirildi. Nağılların qəhrəmanları uşaqlarla rəqs edir, onlara maraqlı hekayələr danışır, əyləndirirdilər. Onların keçirdikləri müxtəlif müsabiqələr də Yeni il şənliyini daha maraq və rəngarəng edirdi. Sonra uşaqlar “Günay” Uşaq Teatr Studiyasının gənc istedadlarının təqdimatında “Şelkunçik” Yeni İl tamaşasından parçaya baxıb çox razı qaldılar. FOTOQALEREYA Davamı

Noyabrın 25-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya, texniki və təşkilatçılıq dəstəyilə həyata keçirdiyi “Ailə, qadın və uşaq problemlərinin həllində milli-mənəvi dəyərlərin rolunun gücləndirilməsi” layihəsinin Beynəlxalq Mətbuat Mərkəzində yekun təqdimatını keçirdi.
“ELS”Müstəqil Araşdırmalar Mərkəzi “Açıq dərs” verilişində növbəti müzakirələri təşkil etdi
“ELS” İctimai Televiziyada “Multikultural dəyərlər Azərbaycan ailəsi müstəvisində” mövzusunu təqdim etdi
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin layihəsi davam edir 
