Bu gün keçirilən V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində Rusiya prezidenti Vladimir Putinin Forum iştirakçılarına müraciəti oxunub. APA-nın məlumatına görə, Rusiya prezidenti müraciətində bildirib ki, qısa vaxtda Forum böyük nüfuz qazanıb.
Qeyd olunub ki, bu gün Azərbaycan növbəti dəfə Forum iştirakçılarını qəbul edir: “İnanıram ki, dünyada qarşılıqlı anlaşmanın genişlənməsi sahəsində müzakirələr faydalı olacaq. Forum böyük uğurlar arzulayıram”.

V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində BMT baş katibi Pan Gi Munun tədbir iştirakçılarına müraciəti oxunub. APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin Forumun işində birbaşa iştirakını yüksək qiymətləndirən baş katib müraciətində dünyada qaçqın problemini xüsusi qeyd edərək bildirib ki, aparılan müzakirələr davamlı inkişafa böyük töhfə verməlidir.
“Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul edib. Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqə yaradılmasını məqsədəuyğun hesab edirik. Bir neçə il əvvəl Avropa Şurasına üzv ölkələrinin mədəniyyət nazirlərinin toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət etdik. Buna “Bakı Prosesi” adını verdik. Buna dünyada böyük hörmət və diqqətlə yanaşdılar”.
Bu gün Heydər Əliyev Mərkəzində V Bakı Beynəlxalq Humanitar Forumu başlayıb. APA-nın məlumatına görə, iki gün davam edəcək Forumun rəsmi açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak edir.
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 27-də Sumqayıt Dənizkənarı Bulvarının və şəhər çimərliyinin açılışında iştirak edib. APA-nın məlumatına görə, dövlət başçısı Dənizkənarı Bulvarın və şəhər çimərliyinin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, Xəzər dənizinin sahili boyunca 4 kilometr uzunluğu olan bulvar kompleksinin ümumi sahəsi 106 hektardır. Bu istirahət məkanının tikintisinə ötən ilin oktyabrında başlanılıb.
