Yaxın vaxtlarda daha bir Avropa ölkəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul ediləcək. APA-nın məlumatına görə, bu barədə Azərbaycanın Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov məlumat verib. Davamı
Bölmə: Ana səhifə
“Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycana gələn turistlərin sayı açıqlanıb
“Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycan sərhədini 15 gün müddətində 103 min insan keçib. APA-nın məlumatına görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Davamı
ATƏT-in fəaliyyətdə olan sədri: “Zorakılıq dayandırılmalıdır”
ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmor Dağlıq Qarabağ münaqişəsinin bütün iştirakçılarını güc tətbiqindən və güc tətbiq etməklə hədələməkdən vaz keçməyə çağırıb. APA-nın xəbərinə görə, E. Gilmor Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşdən sonra verdiyi açıqlamada təmas xəttində son günlər baş verən hadisələri qəti şəkildə pisləyib: “Bu münaqişə güc yolu ilə həll olunmayacaq. Zorakılıq dayandırılmalıdır. Bu mesajımı Azərbaycanda da səsləndirəcəm. Qarşılıqlı etimad yaradılmasının vaxtı çatıb, bunun üçün bütün tərəflərin iradəsi və sülh öhdəliyi tələb olunur”. Davamı
Azərbaycanda ümumvətəndaş pasportlarının verilməsi qaydası dəyişdirilib
Milli Məclisin iclasında “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna dəyişikliklər müzakirə edilib. APA-nın xəbərinə görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli məlumat verib.Təklif olunan dəyişikliklərə əsasən, ümumvətəndaş pasportlarının verilməsi müddəti 1 aydan 10 iş gününə endirilir.
Vətəndaş ölkədən yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə gedərsə, bu halda onun ümumvətəndaş pasportuna həmin uşaqların yazılması və fotoşəkillərinin yapışdırılmasını nəzərdə tutan müddəa qanundan çıxarılır. Ümumvətəndaş pasportları 1 yaşadək, 1-3 yaşadək, 3-18 yaşadək və 18 yaşınadək uşaqlara veriləcək. Pasportların 1 yaşadək uşaqlar üçün 1 illik, 1-3 yaşadək uşaqlar üçün 3 illik, 3-18 yaşadək 5 illik, 18 yaşına çatmış şəxslər üçün isə 10 illik müddətə verilməsi nəzərdə tutulur. Xidməti pasportun alınması və dəyişdirilməsi üçün dövlət rüsumu alınmayacaq. Davamı
Milli Məclisin iclasında spikerlə deputat arasında maraqlı dialoq olub
Milli Məclisin növbədənkənar iclasında “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna dəyişikliklər müzakirə edilərkən deputatla MM sədri arasında maraqlı dialoq olub. APA-nın xəbərinə görə, qanuna təklif edilib ki, ümumvətəndaş pasportları 1 yaşadək, 1-3 yaşadək, 3-18 yaşadək və 18 yaşınadək uşaqlara verilsin. Davamı


