Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında deyib ki, qəza nəticəsində 6 nəfər ölüb, 41 nəfər yaralanıb. Hadisə barədə saat 7.28 radələrində “103” xidmətinə müraciət daxil olub. Dərhal hadisə yerinə 17 təcili tibbi yardım briqadası göndərilib. “103” xidməti hadisə nəticəsində xəsarət alan çoxsaylı yaralılara yerindəcə ilkin tibbi yardım göstərib, daha sonra isə onları xəstəxanalara çatdırıb. Davamı
Bölmə: Ana səhifə
Efir məkanında uşaq verilişlərinin mövcud vəziyyəti
«ELS» Müstəqil Araşdırmalar Mərkəzi “Aktual qonaq” verilişinin qonağı oldu
“Təəssüflər olsun ki, Azərbaycanın efir məkanında son illər uşaq verilişləri ilə bağlı müsbət dəyişikliklər müşahidə olunmur”. Bunu avqustun 29-da “Xəzər” TV-in canlı efirinda “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova bildirib. Onun sözlərinə görə, artıq 2 ildir ki, rəhbərlik etdiyi qurum bu aktual problemi araşdırır və çıxış yolları axtarır. Çoxsaylı sorğu və monitorinqlər, ictimai müzakələr, dövlət başçısına qəbul olunan müraciətlər, o cümlədən “Uşaq Telekanalı”nın yaradılması ilə bağlı təkliflər paketi bu problemin aradan qaldırılacağına dair ümid verir. Davamı
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi “Mənəvi sərvətimiz” adlı silsilə görüşlərə start verdi
İyulun 19-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycanın tanınmış incəsənət və ictimai xadimləri ilə “Mənəvi sərvətimiz” adlı silsilə görüşləri çərçivəsində Azərbaycanın xalq şairi Vahid Əzizlə Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında görüş keçirmişdir.
Slavyan Universitetinin tələbələri, QHT təmsilçiləri və KİV əməkdaşlarının qatıldığı tədbirdə qonaqları salamlayan Respublika Uşaq Kitabxanasının direktoru Fizurə Quliyeva şair Vahid Əzizin keçdiyi həyat və yaradıcılıq yolundan söhbət açdı. Onun sözlərinə görə, Vahid Əzizin bütün misralarında əsas xətti məhəbbət və ülvi hisslər təşkil edir, bu da onun zəngin daxili aləmindən xəbər verir.
Ramiz Mehdiyev: “Müasir mərhələdə Azərbaycan-Rusiya münasibətləri artan xətt üzrə inkişaf edir”
Hər iki ölkənin rəhbərləri dövlətlərimiz arasında tərəfdaşlığın daha da dərinləşməsində, siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın miqyasının genişlənməsində maraqlıdırlar”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Bakıda keçirilən “Rusiya-Azərbaycan dialoqu -2012” III Rusiya-Azərbaycan Regionlararası Forumda çıxışında deyib. Davamı
Azərbaycan geniş zolaqlı internetin inkişafına yüz milyonlarla vəsait qoyacaq
Azərbaycanda geniş zolaqlı internet şəbəkəsinin inkişafı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin qarşısında duran ən vacib məsələlərdən biridir. Bunu çərşənbə axşamı “Yeni Azərbaycan” partiyası ilə birgə keçirdiyi iclasda Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov bildirib. Davamı


