Milli Məclisin iclasında spikerlə deputat arasında maraqlı dialoq olub

milli_meclis1Milli Məclisin növbədənkənar iclasında “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna dəyişikliklər müzakirə edilərkən deputatla MM sədri arasında maraqlı dialoq olub. APA-nın xəbərinə görə, qanuna təklif edilib ki, ümumvətəndaş pasportları 1 yaşadək, 1-3 yaşadək, 3-18 yaşadək və 18 yaşınadək uşaqlara verilsin.

Deputat Zahid Oruc isə deyib ki, pasportlar 1 yaşadək və 1-3 yaşadək yox, birbaşa 1-3 yaşadək verilsin. O, fikrini belə əsaslandırıb ki, uşaqlar 3 yaşadək sifətini az dəyişir, uşaqların hamısı bir-birinə oxşayır. MM-in sədri Oqtay Əsədov isə onun fikri ilə razılaşmayıb. Spikerin deputata cavabı orijinal olub: “Hamı sənin kimi bəxtəvər deyil ki, uzun müddət eyni sifətdə qalsın…”

12.06.2012