Bölmə: Ana səhifə

“Talasemiyasız həyat naminə”

Temiz_Sheher_qanverme_aksiyasiƏliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2005-ci ildən “Talasemiyasız həyat naminə” proqramı həyata keçirilir. Davamı

14.06.2012

Azərbaycanın ən uzun körpüsünə avtomobillərin çıxışı pullu olacaq

Xezer_denizi_uzerinde_avtomobil_korpusuBakı şəhərində Xəzər dənizi üzərindən avtomobil körpüsünün inşası layihəsi artıq hazırdır. Nəqliyyat Nazirliyinin şöbə müdiri Sədrəddin Məmmədov «APA-ECONOMICS»ə bildirib ki, artıq layihənin texniki iqtisadi əsaslandırılması başa çatıb. Bu layihə Nəqliyyat Nazirliyi tərəfindən Nazirlər Kabinetinə göndərilib və hazırda müvafiq dövlət orqanları tərəfindən baxılır. Davamı

14.06.2012

Bakıda mərkəzi metro stansiyalarının əlavə çıxışı tikiləcək

Metro_logoBakı Metropoliteninin hazırda bir çıxışı olan stansiyalarının hamısında əlavə, ikinci çıxış tikiləcək. Bu barədə «APA-ECONOMICS»ə Bakı Metropoliteninin rəis müavini Arif Rəsulov bildirib. Onun sözlərinə görə, bura «Xətai», «Nizami», «İçərişəhər» və «Sahil» metro stansiyaları aiddir. Davamı

14.06.2012

Azərbaycanda inflyasiyanın səviyyəsi açıqlandı

inflyasiyaLent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, may ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri aprel ayına nisbətən 0.9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.9 faiz ucuzlaşıb.
Qeyri-ərzaq mallarının qiymətləri aprel ayının səviyyəsində qalıb, xidmət tarifləri 0.2 faiz bahalaşıb. İlin əvvəlindən keçən vaxt ərzində istehlak mallarının qiymətləri və xidmət tarifləri 2.5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 3.1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1.3 faiz, xidmət tarifləri 1.9 faiz bahalaşıb. Davamı
14.06.2012

Azərbaycanda 13 şəhərin baş planı təsdiq edilib

bash_planAzərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ölkənin 13 şəhərinin baş planlarının hazırlanması və təsdiqlənməsi üzrə işləri başa çatdırıb.

Komitədən APA-ya verilən məlumata əsasən, Yevlax, Şəki, Qax, Bərdə, Ağdaş, Cəlilabad, Masallı, Qobustan, Şamaxı, Xızı, İsmayıllı və Samux şəhərlərinin planlaşdırılması təsdiqlənib. Bu regional inkişaf planları gələcəkdə müxtəlif yerli hakimiyyət orqanlarının istinad edəcəkləri başlıca sənədlərdir. Davamı

14.06.2012