Azərbaycanda inflyasiyanın səviyyəsi açıqlandı

inflyasiyaLent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, may ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri aprel ayına nisbətən 0.9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.9 faiz ucuzlaşıb.
Qeyri-ərzaq mallarının qiymətləri aprel ayının səviyyəsində qalıb, xidmət tarifləri 0.2 faiz bahalaşıb. İlin əvvəlindən keçən vaxt ərzində istehlak mallarının qiymətləri və xidmət tarifləri 2.5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 3.1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1.3 faiz, xidmət tarifləri 1.9 faiz bahalaşıb.
Yanvar-aprel aylarında dövlət büdcəsinə 5.4 milyard manat vəsait daxil olub, büdcədən 3.9 milyard manat xərclənib. Nəticədə ümumi daxili məhsulun 9.0 faizi qədər və ya 1492.0 milyon manat məbləğində profisit yaranıb. Büdcə xərclərinin 1568.0 milyon manatı (40.3 faizi) iqtisadiyyatın inkişafına, 614.9 milyon manatı (15.8 faizi) sosial müdafiə və sosial təminata, 468.3 milyon manatı (12.0 faizi) təhsilə və səhiyyəyə yönəldilib.
Əhalinin banklardakı əmanətlərinin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 29.2 faiz artaraq may ayının 1-ə 4.3 milyard manata çatıb. Milli valyuta ilə vəsait qoyuluşu 2.4 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 1.9 milyard manat olub.
14.06.2012