Azərbaycanda 13 şəhərin baş planı təsdiq edilib

bash_planAzərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ölkənin 13 şəhərinin baş planlarının hazırlanması və təsdiqlənməsi üzrə işləri başa çatdırıb.

Komitədən APA-ya verilən məlumata əsasən, Yevlax, Şəki, Qax, Bərdə, Ağdaş, Cəlilabad, Masallı, Qobustan, Şamaxı, Xızı, İsmayıllı və Samux şəhərlərinin planlaşdırılması təsdiqlənib. Bu regional inkişaf planları gələcəkdə müxtəlif yerli hakimiyyət orqanlarının istinad edəcəkləri başlıca sənədlərdir.

14.06.2012