“Talasemiyasız həyat naminə”

Temiz_Sheher_qanverme_aksiyasiƏliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2005-ci ildən “Talasemiyasız həyat naminə” proqramı həyata keçirilir.

“APA-ECONOMICS”in xəbərinə görə, “Savab Dünyası” Talasemiya Assosiasiyası daxil olmaqla bir sıra təşkilatlar proqrama dəstək olaraq müxtəlif xeyriyyə aksiyaları gerçəkləşdirir.
Ümumdünya Qan Donoru günü ilə əlaqədar Azərbaycanda keçirilən qanvermə aksiyasına İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə “Təmiz Şəhər” ASC də qoşulub. “Savab Dünyası” Talasemiya Assosiasiyasının təşəbbüsünə qoşulan “Təmiz Şəhər” ASC-də dünən hemofiliya və talasemiyadan əziyyət çəkən uşaqlara yardım etmək məqsədilə qanvermə aksiyası keçirilib.

14.06.2012