“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2013-cü il Prezident seçkilərində keçirəcək “Ekzit-poll” (“Exit-poll”) tədqiqatı ilə bağlı Bakı treninqlərini başa çatdırıb. “Ambassador Hotel”-də supervayzer və intervüerlər üçün təşkil olunan treninqlər 4 gün davam edib. Hazırda Azərbaycanın bütün dairələrində (Naxçıvan istisna olunmaqla) keçirilən treninqlər oktyabrın 1-də başa çatacaq. Davamı
Bölmə: Ana səhifə
MSK açıq səsvermə yolu ilə hər üç təşkilatın müraciətini qəbul edib.
MSK katibi Arifə Muxtarova Cəmil Həsənlinin MSK-dakı səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı tərəfindən komissiyaya müraciət daxil olduğunu söyləyib. Onun sözlərinə görə, müraciətdə deyilir ki, Azərbaycan telekanalları Seçki Məcəlləsinin tələblərini pozaraq prezidentliyə namizədlərin təbliğatını aparır: “Müraciət daxil olandan sonra seçki mütəxəssisləri tərəfindən araşdırılıb və heç bir nöqsan aşkar olunmadığı üçün müraciət ərizəsi geri qaytarılıb”.
Məsələ MSK-da səsə qoyulub və müraciət qəbul edilməyib. Davamı
MSK: Prezident seçkilərini müşahidə edəcək beynəlxalq müşahidəçilərin sayı 852-yə çatıb
Oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək beynəlxalq müşahidəçilərin sayı 852-yə çatıb. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib. Davamı
“ELS” Bakıda treninqləri davam etdirir
Avropa Parlamentinin Azərbaycanda seçkiləri izləyəcək müşahidə missiyasının tərkibi açıqlanıb
Müşahidə missiyasına italiyalı deputat rəhbərlik edəcək
Avropa Parlamentinin Azərbaycanda seçkiləri izləyəcək müşahidə missiyasının tərkibi açıqlanıb. Bu barədə APA-ya Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun ofisindən məlumat verilib. E. Süleymanov bildirib ki, sentyabrın 25-də Avropa Parlamentinin Azərbaycanda 9 oktyabrda keçiriləcək prezident seçkilərini müşahidə missiyasının tərkibi müəyyənləşib. Davamı




