Azərbaycan prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində iki ölkə arasında sənədlərin imzalanması mərasimi keçirilib. APA-nın Tehrana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Azərbaycan Gənclər və İdman Nazirliyi ilə İİR Gənclər və İdman Nazirliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumuna Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İranın gənclər və idman naziri Mahmud Qudərzi imza atıb. Davamı
Bölmə: Ana səhifə
“ELS” yeni layihə ilə bağlı ictimai müzakirələrə başlayıb
Aprelin 7-də ELS Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə cari ilin mayın 1-dən həyata keçiriləcək “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” layihəsi çərçivəsində bəstəkar, əməkdar incəsənət xadimi Rəşid Şəfəqlə görüşüb. Xatırladaq ki, ELS Müstəqil Araşdırmalar Mərkəzi ötən il həyata keçirdiyi “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinin davamı kimi qalib mahnılardan ibarət disklərin buraxılışı, notların dərcini və bu toplunun uşaqlara və uşaqlarla işləyən peşəkarlara çatdırılmasını nəzərdə tutmuşdur. Davamı
ABŞ Konqresinin üzvü Xocalı faciəsi ilə bağlı bəyanat verib
ABŞ Konqresinin üzvü Edi Bernis Conson (Eddie Bernice Johnson) aprelin 3-də Xocalı faciəsi ilə bağlı bəyanat verib. Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Konqres üzvü Conson Ermənistanın hələ də Xocalını işğal altında saxladığını və ümumiyyətlə, Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğunu bəyan edib. Davamı
AŞPA-nın yaz sessiyasında Sərsəng su anbarı ilə bağlı müzakirələr olacaq
Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında erməni işğalçılarının nəzarətində olan Sərsəng su anbarının regionda yaratdığı fəsadlarla bağlı məsələ müzakirə olunacaq. Avciya.az saytının məlumatına görə, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafina Yardım Assosiasiyasının prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanov tərəfindən təqdim edilmiş və 14 Avropa ölkəsini təmsil edən deputatlar tərəfindən imzalanmış qətnamə layihəsinə bazar günü, aprel ayının 6-da Avropa Şurasının Prezidentlər Komissiyasında baxılacaq. Davamı
ABŞ-ın İndiana ştatı Xocalı qətliamını tanıyıb
Martın 3-də ABŞ-ın İndiana ştatının Senatında Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş Qətnamə qəbul olunub. Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, sənəddə 1992-ci ilin 25-26 fevral tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərini işğal etməsi və burada 600-dən artıq günahsız insanın, o cümlədən çoxsaylı qadın və uşaqların qətlə yetirilməsi qeyd olunur. Davamı


