Bölmə: Ana səhifə

İlham Əliyev: “Azərbaycanda nəqliyyat sektoru iqtisadiyyatın aparıcı sektoruna çevrilməkdədir”

Ilham_Eliyev-cixishi“Azərbaycan dünya miqyasında nəqliyyat-logistika mərkəzi kimi öz rolunu bundan sonra da oynayacaq. Dəniz nəqliyyatı da prioritet olaraq qalır”. APA-nın verdiyi xəbərə görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev  aprelin 23-də Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin açılış mərasimindəki çıxışında deyib. Davamı

24.04.2014

Xarici ölkələrdə “Tarix” və “Coğrafiya” ixtisasları üzrə təhsil almış müəllimlər Azərbaycanın məktəblərində həmin fənləri tədris edə bilməzlər

Tehsil-nazirliyiTəhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov APA-ya açıqlamasında deyib ki, təhsil nazirinin əmri ilə təsdiq olunan Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu qaydalarına əsasən ümumtəhsil məktəblərinin tədris planında “İctimai fənlər” bölmələrində nəzərdə tutulan fənlərin tədris edilməsi üçün xarici ölkələrdə təhsil almış müəllimlərin saathesabı, əvəzçilik qaydasında və ya müvəqqəti əmək müqaviləsi ilə işə qəbulu qadağandır. Davamı

23.04.2014

2014-cü il tarixdə ən isti il olacaq

isti_hava2014-cü il meteomüşahidə tarixində ən ist il ola bilər.Dünyanın bir regionun sakinlərini çoxsaylı yanğınlar və quraqlıq, digər regionun sakinlərini isə leysan və daşqınlar gözləyir. Təbii kataklizmin səbəbkarı isə «El-Nino» fenomenidir. Bu barədə Almaniyanın Gissen Universitetinin alimləri bildirib. Ekspertlər artıq çoxdandır ki, Sakit okeanın ekvatorial hissəsində suyun üst qatında temperatur dəyişməsinə təsir edən «El-Nino»nu izləyirlər. Davamı

23.04.2014

Azərbaycan keçmiş SSRİ ölkələrinin vətəndaşlarının sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığına qəbul olunmasına münasibət bildirib

Xelef_Xelefov_mk_041110“Hər bir ölkənin öz miqrasiya siyasəti var. Vətəndaşlığa qəbul hər bir ölkənin daxili qanunvericiliyi ilə tənzimlənir və bu, hər bir ölkənin suveren hüququdur”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib. Davamı

23.04.2014

Yevlaxda “Sərsəng harayı” layihəsi çərçivəsində regional toplantı keçirilib

1397823048Yevlax şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) həyata keçirdiyi “Sərsəng harayı” layihəsi çərçivəsində regional toplantı keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin foyesində AVCİYA-nın “Sərsəng harayı” mövzusunda elan etdiyi rəsm müsabiqəsinə təqdim edilmiş rəsmlərdən ibarət sərgiyə baxmışlar. Davamı

19.04.2014