Bölmə: Ana səhifə

Elxan Süleymanov AŞPA-nın Monitorinq Komitəsinin iclasında Naxçıvanın blokadası və Sərsəng su anbarı məsələlərini qaldırıb

Elxan_SuleymanovFevralın 27-28-də Maltada AŞPA Monitorinq Komitəsinin iclası keçirilib. APA-nın xəbərinə görə, iclasda Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov Naxçıvanın blokadası və Sərsəng su anbarının humanitar faciəsi, bununla əlaqədar regiondakı iqtisadi, ekoloji, bioloji fəsadlarla bağlı çıxış edib. Davamı

1.03.2014

Artıq uşaqlara da ümumvətəndaş pasportları veriləcəkdir

xarici-pasportDaxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən verilən məlumata görə, 01.09.2013 cü il tarixindən valideynlərin xarici pasportlarına övladlarının adlarının yazılması və şəkillərinin əlavə edilməsi qaydası ləğv edilərək, uşaqlara ümumvətəndaş pasportlarının verilməsinə başlanılmışdır. Bunun üçün valideyn, ilk növbədə, yerli pasport qeydiyyatı şöbəsinə müraciət edib uşağa şəxsiyyət vəsiqəsi almalı, sonra uşağın valideynlərinin,və yaxud qanuni nümayəndələrinin etibarnaməsi əsasında Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət etməlidir. Davamı

27.02.2014

Bu gün Xocalı faciəsinin qurbanları yad edili

Ilham_Eliyev_Xacali_abidesiBu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı” abidəsini ziyarət edib. APA-nın məlumatına görə, prezident abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib. Baş nazir Artur Rasizadə, Milli Məclis sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da abidənin önünə gül dəstələri qoyublar. Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak ediblər.  Davamı

26.02.2014

22 il qan ağlayan Xocalı

Xocali1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Davamı

25.02.2014

Təbrik edirik!

Ehmedova_Mehriban

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi istedadı, xoş xasiyyəti və mehribanlığı ilə hamının rəğbətini qazanmış Mehriban xanım Əhmədovanı ad günü münasibətilə təbrik edir, can sağlığı və yeni-yeni yaradıcılıq uğurları diləyir. 

Fevralın 24-də Azərbaycan Bəstəkarkar İttifaqının üzvü, bəstəkar Mehriban Əhmədovanın doğum günüdür. O, Şövkət Ələkbərovanın ifasında “Bayram mahnısı”, “Ana”, Eyyub Yaqubovun ifasında “Oturduq yanaşı, susduq yanaşı”, Brilliant Dadaşovanın ifasında “Arzum mənim” kimi dillər əzbəri olmuş mahnıları ilə tanınıb sevilmişdir.

“Qara qız”, “Qalada yatmış idim”, “Ay qız sənə mayiləm”, “Dağlarda çiçək”, “Qərənfil”, “Ay dilbər” xalq mahnılarının fortepiano və səs üçün əsərlərin müəllifi olan Mehriban Əhmədova 2011-ci ildən “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsi çərçivəsində həyata keçirdiyi layihələrdə ekspert qismində yaxından iştirak etmiş və gələcək nəslin inkişafı üçün öz tövhəsini vermişdir. “Yeni uşaq mahnıları – 2013” Ümumrespublika Müsabiqəsinin Münsiflər Heyətinin üzvü kimi də Mehriban xanım yeni mahnıların seçimində əlindən gələni etmişdir.

23.02.2014