Bölmə: Ana səhifə

Prezident İlham Əliyev: “Bu, mənim son xəbərdarlığımdır”

Ilham_Aliyev“Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Vəziyyət əvvəlki illərə nisbətən daha müsbətdir, ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söyləyib. Davamı

15.04.2014

Azərbaycan torpaqlarının işğalı ilə bağlı yaranmış real beynəlxalq mənzərə

Elxan_Suleymanov_11. Ermənistanın silahlı təcavüzü və işğalı ağır nəticələrə gətirib çıxarıb.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və 7 ətraf rayon daxil olmaqla, 20% ərazisi 25 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın məcburi miqrasiya və etnik təmizləmə siyasəti nəticəsində  bir milyondan artıq Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkünə çevrilib və onların insan hüquqları ciddi şəkildə pozulub. Azərbaycanın işğal edilmiş ərazilərində sosial və iqtisadi infrastrukturu məhv edilib, bu da olduqca ağır sosial, iqtisadi və ekoloji itkilərlə müşayiət olunub. İşğal edilmiş ərazilərdəki mədəni və tarixi irsə vurulmuş zərəri pul ilə ölçmək qeyri-mümkündür. Davamı

14.04.2014

Prezident İlham Əliyev: “Bakı təmiz göllər şəhəri olacaq”

Ilham-Eliyev-cixish“Bakı indi parklar şəhəridir. Bakı təmiz göllər şəhəri olacaq. Bu vəzifəni mən bu gün qarşıya qoyuram və hesab edirəm ki, biz tezliklə bu işlərə başlamalıyıq”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söyləyib. Davamı

13.04.2014

Türkiyənin populyar turizm saytı Azərbaycanla bağlı səhvini düzəltdi

fuartourTürkiyənin populyar Fuar tour (www.fuartour.com) turizm saytı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı yol verdiyi səhvi düzəldib. Milli.Az Day.Az saytına istinadən bildirir ki, Fuar tour (www.fuartour.com) turizm saytında ölkəmizin ərazi bütövlüyü təhrif olunmuşdu. Saytın vizalar haqqında məlumat bölməsində turizm səfərləri olan ölkələrin siyahısı yerləşdirilmişdi. Burada Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ayrı respublika kimi göstərilirdi. Həmin bölgə “Dağlık Karabağ Cumhuriyeti” adı ilə qeyd olunmuşdu.  Məsələnin ciddiliyini nəzərə alaraq, Day.Az saytı oxucularına təklif etmişdi ki, səhvin düzəldilməsi ilə bağlı qardaş ölkənin saytına müraciət etsinlər. Oxucuların verdikləri məlumata əsasən, sayt artıq həmin səhvi düzəldib. Məkub göndərilərkən isə səhvə yol verildiyindən üzrhaqlıq ediblər.  Davamı

11.04.2014

AŞPA-da Sərsəngin işğalıyla bağlı ilk rəsmi məruzə hazırlanacaq

SERSENGAzərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının mətbuat xidməti AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanov tərəfindən təqdim edilmiş və 14 Avropa ölkəsini təmsil edən deputatlar tərəfindən imzalanmış qətnamə layihəsinin aprel ayının 6-da Avropa Şurasının Sədarət Komitəsində müzakirə olunması və müsbət qərarı barədə bir az əvvəl məlumat vermişdi.  Davamı

11.04.2014