Mayın 20-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova İctimai Radionun “Yeni gün” Musiqi-informasiya proqramının qonağı olub. Verilişdə söhbət uşaq mahnıları, onların dünəni, bu günü və sabahı haqqında gedib, həmçinin “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin uğurla həyata keçirdiyi və cəmiyyətdə maraqla qarşılandığı “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinin mahnıları, o cümlədən qalib mahnılar səsləndirilib.
Bir saat davam edən canlı yayım zamanı İradə Yaqubova dinləyicilərin suallarını cavablandırmış və təşkilatın 2014-cü ildə start verdiyi layihələr haqqında ətraflı məlumat vermişdir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 11-də II və III ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları) üçün keçirdiyi qəbul imtahanının nəticələrini elan edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, may ayının 11-də ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələri bu gün saat 17:00-dan etibarən açıqlanıb.
Bu gün, 14 may 2014-cü il tarixdə Azərbaycan Respublikası Avropa Şurasına 2001-ci ilin yanvarında üzv qəbul olunduqdan bəri tarixində ilk dəfədir ki, təşkilatın əsas qurumu olan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başlayır. APA-nın Avropa müxbirinin verdiyi məlumata görə, Azərbaycanın AŞNK-də sədirliyi qurumun bu ilin mayın 6-da Avstriyanın paytaxtı Vyanada keçirilmiş AŞ-na üzv ölkələrinin xarici işlər nazirlərinin 124-cü toplantısında Avstriyadan Azərbaycana təhvil verilib.
“Azərbaycanın Avropa Şurasının ali orqanı olan Nazirlər Komitəsinə sədrliyi qəbul edəcəyi 14 may tarixi ərəfəsində bir sıra ənənəvi antiazərbaycan mövqeli təşkilatların ölkəmizə qarşı kampaniyaları yenidən geniş vüsət alıb. Bu təşkilatlar arasında əvvəllər olduğu kimi indi də Avropa Sabitlik Təşəbbüsü, Freedom House, Human Rights Watch və digərləri xüsusi canfəşanlıqları ilə seçilirlər”. APA-nın xəbərinə görə, bunu Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, Azərbaycanın AVRONEST PA-da nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov deyib.
AŞPA Sərsəng su anbarı ilə əlaqədar məruzəçi təyin edib
