Daily Archives: 01/19/2016

“ELS” növbəti uğuruna imza atdı

ELS_Fexriferman_2016“ELS” Müstəqil Araşdırmalar Mərkəzi – İctimai Birliyi 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi layihəsini uğurla icra etdiyi ücün Şuranın Fəxri Fərmanı ilə təltif edilib. Bu, yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ötən ilki fəaliyyətinə həsr olunmuş hesabat konfransında məlum olub. Şuranın qərarı ilə 43 QHT Fəxri Fərmana layiq görülüb.

Qeyd edək ki, layihə ELS-in Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə, Təhsil Nazirliyi və İctimai Televiziyanın iştirakı ilə mümkün olmuşdur. İctimai Televiziyanın “Açıq dərs” verilişinin 6 buraxılışının hər birisi milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə ötürülməsi ilə bağlı müxtəlif mövzulara, o cümlədən  “Milli-mənəvi dəyərlərin qorunmasında vətəndaş cəmiyyətinin iştirakı”, “Mənəvi sərvətimizi necə qoruyaq?”, “Uşaq və yeniyetmələrin formalaşmasında psixoloji aspektlərin araşdırılması”, “Məktəb-valideyn-şagird münasibətləri”, “Kitab dostumuzdur, yoxsa…”, “Uşaqların asudə vaxtının təşkili”nə həsr olunmuşdur. Aprelin 29-da başlayan silsilə verilişlər iyunun 3-də çaşa çatmışdır. İctimaiyyətin marağına səbəb olan və maraqlı diskussiyalarla yadda qalan buraxılışların hər birində mövzuya dair ekspertlər və studiyanın qonaqları iştirak etmışdir… Davamı

19.01.2016