Daily Archives: 04/08/2015

“Təbəssüm” Gürcüstandan qələbə ilə qayıdıb

08.04.2015“Təbəssüm” Uşaq Musiqili Teatrı Gürcüstanda keçirilən Vaxtanq Cabukiani adına II Beynəlxalq festival-müsabiqədə iştirak edib. Azərbaycanı bu festivalda təmsil edən “Təbəssüm” Turacı və Baskalı rəqsləri ilə I yeri qazanıb. Baskalı rəqsinin quruluşuna görə xoreoqraf Rəşidə Məmmədova 1-ci yere, “Təbəssüm” Uşaq Teatrının müdiri Əminə Musayeva isə ən yaxşı təşkilatçı kimi mükafata layiq görülüb.
Aprelin 3-5-də keçirilən festival-müsabiqə Gürcüstan Mədəniyyət Nazirliyinin dəstəyi, Gürcüstan Dövlət İncəsənət Universitetinin kafedra müdiri, məşhur xoreoqraf Natalya Diqmelaşvilinin təşkilatçılığı ilə reallaşib. Festivalda Rusiya, Gürcüstan, Türkiyə, Azərbaycan, Hollandiya, Almaniya, Ermənistan və Ukraynadan olan rəqs kollektivləri iştirak edib. FOTOQALEREYA Davamı

8.04.2015

Prezident İlham Əliyev və xanımı Mədinədə Peyğəmbər məscidini ziyarət ediblər

6fd20e546cb7e4ab1463734f29ef7f40Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində aprelin 7-də Mədinə şəhərində olub. Dövlətimizin başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri burada Peyğəmbər məscidini ziyarət ediblər. Peyğəmbər məscidində din xadimləri dövlətimizin başçısını böyük hörmət və ehtiramla qarşıladılar.

Sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Peyğəmbər məscidində namaz qıldılar. Davamı

8.04.2015