APA-nın Türkiyə Milli Olimpiya Komitəsinə istinadən verdiyi xəbərə görə, artıq bu ölkənin I Avropa Oyunlarına 20 idman növü üzrə iştirak edəcəyi dəqiqləşib. Türkiyə Oyunlarda atıcılıq 4, atletika 1, bədii gimnastika 4, basketbol 8, veloyarış 6, boks 13, qılıncoynatma 3, güləş 24, karate 11, stolüstü tennis 2, oxatma 2, çimərlik voleybolu 4, sambo 1, sinxron üzgücülük 10, su polosu 13, triatlion 3, voleybol 24, üzgücülük 12, cüdo 2, kanoedə 6 nəfərlə təmsil olunacaq. Oyunlarda iştirak edəcək idmançılardan 63-ü qadın, 90-ı kişidir. Davamı
Daily Archives: 03/30/2015
Bakıda Üzeyir Hacıbəyliyə həsr olunmuş festival keçiriləcək
6-10 aprel tarixlərində Bakı Musiqi Akademiyasında “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” I Respublika festivalı keçiriləcək. BMA-dan APA-ya verilən məlumata görə, Üzeyir Hacıbəylinin anadan olmasının – 130, Bakı Musiqi Akademiyasının – 95 və BMA-nın Orta ixtisaslaşdırılmış musiqi məktəb-studiyasının – 35 illiyinə həsr olunmuşdur.
Festivalın ideya müəllifi və layihənin rəhbəri BMA-nın Orta ixtisaslaşdırılmış musiqi məktəb-studiyasının bədii rəhbəri və direktoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidovdur.
Bəstəkarlıq, xor, fortepiano, vokal, orkestr alətləri, xalq çalğı alətləri nominasiyaları üzrə iştirakçıların ifalarını Azərbaycan musiqi mədəniyyətinin görkəmli ictimai xadimləri – SSRİ və Azərbaycanın xalq artistləri, professorlar Arif Məlikov, Fidan və Xuraman Qasımovalar, Ramiz Quliyev, Sevda İbrahimova, Gülbacı İmanova, Zəhra Quliyeva, Yusif Axundov, Nəzmiyyə Abbaszadə, Tofiq Aslanov və başqaları qiymətləndirəcəklər. Davamı


