Türkiyə I Avropa Oyunlarına 20 idman növü üzrə 153 idmançı ilə qatılacaq

a16ec66168d941a49d030acc8719999aAPA-nın Türkiyə Milli Olimpiya Komitəsinə istinadən verdiyi xəbərə görə, artıq bu ölkənin I Avropa Oyunlarına  20 idman növü üzrə iştirak edəcəyi dəqiqləşib. Türkiyə Oyunlarda atıcılıq 4, atletika 1, bədii gimnastika 4,  basketbol 8, veloyarış 6, boks 13, qılıncoynatma 3, güləş 24, karate 11, stolüstü tennis 2, oxatma 2, çimərlik voleybolu 4, sambo 1, sinxron üzgücülük 10,  su polosu 13, triatlion 3, voleybol 24, üzgücülük 12,  cüdo 2,  kanoedə 6 nəfərlə təmsil olunacaq. Oyunlarda iştirak edəcək idmançılardan 63-ü qadın, 90-ı kişidir.

Bir qədər əvvəl isə, Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki bu il Bakıda keçiriləcək I Avropa Oyunlarına qitənin ən yaxşı atletlərin cəlb olunacağını bildirib. P. Hikki “Bakı 2015” I Avropa Oyunlarını böyük hadisə adlandırıb: “Fikrimcə, bu, Avropa Oyunlarını qitə idmanının ən yüksək zirvədə dayanan idman tədbirinə və artıq yeni yaradılmış brendə çevirəcək. Bu, daha yaxşı nəticələr əldə etmək üçün bir başlanğıc olacaq. Bakı 2015 Avropa Oyunları 55 ölkədə yayımlanacaq, 20 idman növü üzrə yarışlar təşkil olunacaq. Biz artıq 2019-cu il Avropa Oyunlarını keçirməklə bağlı 6 ölkədən ciddi istək almışıq və artıq növbəti ev sahibi ölkənin müəyyənləşdirilməsi məsələsi yekunlaşmaq üzrədir”.

30.03.2015