Daily Archives: 03/03/2015

“Qarabağ” məktəbi Kanadada Azərbaycanın bayrağını dalğalandırdı

10959380_442835625881468_5797191502941869306_nArtıq 4 ilə yaxın Kanadanın Ottava şəhərində fəaliyyət göstərən “Qarabag” adlı Azərbaycan dili məktəbinin (Karabakh Azerbaijani Language Saturday School in Ottawa) şagird və müəllimləri burada yaşayan həmyerlilərimizlə birgə bu günlərdə Ottava şəhərində Xocalı soyqırımının 23 illiyinə həsr edilmiş etiraz aksiyası keçiriblər. Parlament binası önündə baş tutan aksiyada Xocalı soyqırımından bəhs edən plakat və şəkillərlə yanaşı Azərbaycanın bayrağı dalğalanıb.

“Qarabağ” məktəbi 2011-ci ilin sentyabr ayında Ottavada yaşayan həmvətənlərimiz Nigar Əliyeva və Vüsalə Əhmədovanın təşəbbüsü ilə təsis edilmişdir. Burada 4-14 yaş arası uşaqlara ana dilimizin tədrisi ilə yanaşı, xalqımızın adət-ənənələri, tarixi, ədəbiyyatı və dövlətimizin atributları haqqında ətraflı məlumat verilir. Qeyd edək ki, 7 uşaqla fəaliyyətə başlayan məktəbdə artıq 14 nəfər təhsil alır.  FOTOQALEREYA   Davamı

3.03.2015

Firəngiz Əlizadənin müəllif konserti keçirildi

Firəngiz_ƏlizadənHeydər Əliyev Fondunun vise-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bu ilin fevral ayının 27-də Firəngiz Əlizadənin müəllif konserti baş tutmuşdur. Konsert haqqında tam təsəvvürü almaq üçün diqqətinizə əməkdar incəsənət xadimi, professor, Azərbaycan Bəstəkarlar İttifaqının Katibi Zemfira Qafarovanın məqaləsini təqdim edirik.

Öz növbəmizdə biz keçirilən beynəlxalq kampaniyaya dəyərli töhfə olan və uğurla keçirilən konsertlə Azərbaycanın xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülhməramlı Artisti və bu yaxında məşhur skripkaçı Xilari Xanın «Dentsche Grammofon» musiqi albomuna daxil edilmiş əsərinə görə “Qremmi” mükafatına layiq görülmüş Firəngiz Əlizadəni təbrik edirik və ona yaradıcılığında yeni və gözəl əsərlərin yaradılmasında uğurlar arzulayırıq!

Земфира Кафарова. На авторском вечере Фирангиз Ализаде, посвященном Ходжалинской трагедии

3.03.2015