Daily Archives: 10/01/2014

Azərbaycan Milli Məclisi Avropa Parlamentinə bəyanat ünvanlayıb

Milli_Meclis_2Azərbaycan Milli Məclisi (MM) Avropa Parlamentinin sentyabrın 18-də Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə cavab olaraq bəyanat qəbul edib. APA-nın məlumatına görə, parlamentin bu gün keçirilən plenar iclasında bəyanatı deputat Məlahət İbrahimqızı oxuyub. Bəyanatda bildirilir ki, bu qətnamə qərəzli xarakter daşıyır və qeyri-obyektivdir: “Həbsdə və ya istintaq altında olan şəxslərin məhkəmə olmadan azad edilməsi şərtləri hörmət prinsipi ilə bir araya sığmır. Davamı

1.10.2014

Prezident İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik edib

Ilham-Eliyev-cixishAzərbaycan prezidenti İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik edib. APA-nın məlumatına görə, dövlət başçısının təbrikində deyilir: “Hörmətli həmvətənlər! Sizi dünya müsəlmanlarının mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. Xeyirxahlığın, bərabərliyin, fədakarlığın simvolu olan Qurban bayramı Uca Yaradanın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi insanları həmişə sülhə, əmin-amanlığa və dözümlülüyə dəvət edir. Davamı

1.10.2014

AŞPA-da Dağlıq Qarabağ və ətrafında yaranmış vəziyyətlə bağlı xüsusi məruzəçi təyin edilib

ASHPA_Parlament_AssambleyasiBu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində qurumun Siyasi İşlər və Demokratiya Komitəsinin toplantısı keçirilib. APA-nın Avropa bürosunun xəbərinə görə, komitənin toplantısında “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı hesabatın hazırlanması ətrafında müzakirələr aparılıb və bu məsələ üzrə Böyük Britaniyadan olan parlamentar Robert Valter məruzəçi təyin edilib. Davamı

1.10.2014