Uşaq ədəbiyyatına nə üçün maraq azdır?

ushaq_images-133Bu gün cəmiyyətdə haqlı olaraq uşaq ədəbiyyatına nə üçün marağın az olması sualına cavab axtarılır.Artıq 4 ilə yaxındır ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzininhəyata keçırdiyi bütün layihələrində gənclərinvətəndaş cəmiyyətinin kamil və layiqli üzvləri kimi formalaşması məsələsi prioritet təşkil edir. Bu məsələdə mədəniyyət və incəsənətin rolunun  danılmaz olduğunu əsas götürən Mərkəzin apardığı araşdırmalar uşaqların mədəni inkişafına əhəmiyyətli dərəcədə təsir göstərən musiqi əsərləri, ölkə telekanallarında yayımlanan uşaq verilişləri, habelə bilik mənbəyi olan, dünyagörüşünü genişləndirən, söz ehtiyatını artıran və sair imkanlara malik kitab mütaliəsi sahəsində vəziyyətin ürəkaçan olmadığını üzə çıxarmışdır. “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova digər mütəxəssislərlə yanaşı “Kaspi” qəzetinə verdiyi açıqlamasında  məsələyəaydınlıq gətirməyə çalışıb. Məqaləni olduğu kimi təqdim edirik: www.kaspi.az

2.07.2014