Monthly Archives: July 2013

Şərqdə opera yazan ilk qadın-bəstəkar dünyasını dəyişdi

Shafiqa_2Uzun müddətdir səhhətində problemlər yaşanan Şərqin opera yazan ilk qadın bəstəkarı, xalq artisti Şəfiqə Axundova 89 yaşında dünyasını dəyişib.

Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində tanınmış mədəniyyət xadimi Qulam Axundovun ailəsində anadan olub. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə B. Zeydmanın sinfini bitirib. 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə “Şöhrət” ordeni ilə təltif edilib. 89 yaşlı Şəfiqə Axundova 1972-ci ildə «Gəlin qayası» operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı kimi tarixə düşüb. Davamı

27.07.2013

Bakıda yeni nəqliyyat növləri tətbiq ediləcək

skorostnye_tramvai“Böyük Bakının regional inkişaf planı” layihəsi yeni ictimai nəqliyyat növlərinin tətbiqini nəzərdə tutur. Bu barədə Trend-ə layihənin idarəetmə qrupunun rəhbəri Novruz Eldarlı deyib. Eldarlı bildirib ki, hazırda Bakıda yeni ictimai nəqliyyat növlərini – sürət tramvayları, yerüstü metropoliten, metrobuslar və s. – səmərəli tətbiq etmək lazımdır: “Belə yolların şəhər daxilində və ondan kənarda, xüsusilə Bakıdan Heydər Əliyev Hava Limanı, Sumqayıt və Ələtədək çəkilməsi nəzərdə tutulur”. Davamı

25.07.2013

DİQQƏT! DİQQƏT!

ELS Müstəqil Araşdırmalar Mərkəzi 
“Yeni uşaq mahnıları – 2013” Ümumrespublika müsabiqəsini 
elan edir.

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-rə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən müsabiqədə peşəkarlarla yanaşı, həvəskar bəstəkar və şairlər də iştirak edə bilər.

Müsabiqəyə təqdim olunan mahnılar uşaqların
gündəlik həyatını, vətənpərvərliyi, dostluğu və sair mənəvi keyfiyyətləri
əhatə etməlidir. Davamı

15.07.2013

“Yeni uşaq mahnıları – 2013” Ümumrespublika Müsabiqəsinə start verildi

r-17İyulun 2-də ELS-Müstəqil Araşdırmalar Mərkəzi Beynəlxalq Mətbuat Mərkəzində AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə iyunun 1-dən həyata keçirilən layihə çərçivəsində “Yeni uşaq mahnıları – 2013” Ümumrespublika Müsabiqəsinin təqdimatını keçirdi. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqı, Yazıçılar Birliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər aidiyyətli rəsmi qurumların təmsilçiləri, görkəmli mədəniyyət və incəsənət xadimləri, yerli QHT-lər, beynəlxalq təşkilatlar və KİV nümayəndələri iştirak edirdi. Davamı

2.07.2013

“Yeni uşaq mahnıları – 2013” Ümumrespublika Müsabiqəsinə start verilir

detki“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 02 iyul 2013-cü il tarixində saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzində (ünvan: Mətbuat prospekti, 23) “Yeni uşaq mahnıları – 2013” Ümumrespublika Müsabiqəsinin təqdimatının keçirilməsini planlaşdırır. Azərbaycanın tarixində ilk dəfə keçiriləcək Müsabiqə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsi çərçivəsində reallaşdırılır. Davamı

1.07.2013