Daily Archives: 08/15/2013

Rusiyalı siyasi ekspert: “Vladimir Putinin Bakıya səfəri Azərbaycan-Rusiya münasibətlərin gərgin olması barədə fikirləri alt-üst etdi”

putin222Moskva. Fərid Əkbərov-APA. Rusiyalı siyasi ekspertlər Vladimir Putinin Bakı səfərini şərh ediblər. Moskva Karnegi Mərkəzinin üzvü, məşhur rusiyalı politoloq, professor Aleksey Malaşenko APA-nın Moskva müxbirinə açıqlamasında bildirib ki, Rusiya prezidentinin Bakıya səfəri olduqca önəm daşıyır: “Bu səfər Rusiyanın Azərbaycan dövlətinə və hakimiyyətinə dəstəyinin göstəricisidir. Vladimir Putin üçüncü dəfə prezident seçiləndən sonra Cənubi Qafqaz ölkələrindən ilk səfərini Azərbaycana etdi. Bu Rusiyanın Azərbaycana nə qədər önəm verdiyini sübut edir. Lakin bu o demək deyil ki, Rusiya digər Cənubi Qafqaz ölkəsi olan Ermənistanla münasibətlərə önəm vermir. Təbii ki, Azərbaycan Cənubi Qafqazın ən əhəmiyyətli strateji ölkəsidir. Qərbin, xüsusi ilə də ABŞ-ın bu ölkədə maraqları güclüdür. Rusiya da istəmir ki, Azərbaycanı bir tərəfdaş kimi itirsin. Çünki, Rusiya dövləti başa düşür ki, Yaxın və Orta Şərqdə, Qafqazlarda siyasətin həyata keçirməsində Azərbaycanın onun yanında olması olduqca vacibdir”.  Davamı

15.08.2013