Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatın görə, iclasda prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyevin prezidentliyə namizədliyinin qeydə alınması məsələsinə baxılıb. MSK sədri Məzahir Pənahov bildirib ki, cənab İlham Əliyevin namizədliyinin qeydə alınması ilə bağlı MSK-ya daxil olan sənədləri araşdırılıb və hüquqi əsasların olduğu müəyyən edilib.
Sonra MSK açıq səsvermə yolu ilə İlham Əliyevin prezidentliyə namizədliyini qeydə alıb. Davamı
İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb
24.08.2013


