“Yeni uşaq mahnıları – 2013” Ümumrespublika Müsabiqəsinə start verilir

detki“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 02 iyul 2013-cü il tarixində saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzində (ünvan: Mətbuat prospekti, 23) “Yeni uşaq mahnıları – 2013” Ümumrespublika Müsabiqəsinin təqdimatının keçirilməsini planlaşdırır. Azərbaycanın tarixində ilk dəfə keçiriləcək Müsabiqə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsi çərçivəsində reallaşdırılır.

1.07.2013