“Böyük Bakının regional inkişaf planı” layihəsi yeni ictimai nəqliyyat növlərinin tətbiqini nəzərdə tutur. Bu barədə Trend-ə layihənin idarəetmə qrupunun rəhbəri Novruz Eldarlı deyib. Eldarlı bildirib ki, hazırda Bakıda yeni ictimai nəqliyyat növlərini – sürət tramvayları, yerüstü metropoliten, metrobuslar və s. – səmərəli tətbiq etmək lazımdır: “Belə yolların şəhər daxilində və ondan kənarda, xüsusilə Bakıdan Heydər Əliyev Hava Limanı, Sumqayıt və Ələtədək çəkilməsi nəzərdə tutulur”. Davamı
Bakıda yeni nəqliyyat növləri tətbiq ediləcək
25.07.2013


