Uzun müddətdir səhhətində problemlər yaşanan Şərqin opera yazan ilk qadın bəstəkarı, xalq artisti Şəfiqə Axundova 89 yaşında dünyasını dəyişib.
Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində tanınmış mədəniyyət xadimi Qulam Axundovun ailəsində anadan olub. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə B. Zeydmanın sinfini bitirib. 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə “Şöhrət” ordeni ilə təltif edilib. 89 yaşlı Şəfiqə Axundova 1972-ci ildə «Gəlin qayası» operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı kimi tarixə düşüb. Davamı


