Monthly Archives: June 2012

Azərbaycanda inflyasiyanın səviyyəsi açıqlandı

inflyasiyaLent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, may ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri aprel ayına nisbətən 0.9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.9 faiz ucuzlaşıb.
Qeyri-ərzaq mallarının qiymətləri aprel ayının səviyyəsində qalıb, xidmət tarifləri 0.2 faiz bahalaşıb. İlin əvvəlindən keçən vaxt ərzində istehlak mallarının qiymətləri və xidmət tarifləri 2.5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 3.1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1.3 faiz, xidmət tarifləri 1.9 faiz bahalaşıb. Davamı
14.06.2012

Azərbaycanda 13 şəhərin baş planı təsdiq edilib

bash_planAzərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ölkənin 13 şəhərinin baş planlarının hazırlanması və təsdiqlənməsi üzrə işləri başa çatdırıb.

Komitədən APA-ya verilən məlumata əsasən, Yevlax, Şəki, Qax, Bərdə, Ağdaş, Cəlilabad, Masallı, Qobustan, Şamaxı, Xızı, İsmayıllı və Samux şəhərlərinin planlaşdırılması təsdiqlənib. Bu regional inkişaf planları gələcəkdə müxtəlif yerli hakimiyyət orqanlarının istinad edəcəkləri başlıca sənədlərdir. Davamı

14.06.2012

ATƏT-in fəaliyyətdə olan sədri: “Zorakılıq dayandırılmalıdır”

Eymor_QilmonATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmor Dağlıq Qarabağ münaqişəsinin bütün iştirakçılarını güc tətbiqindən və güc tətbiq etməklə hədələməkdən vaz keçməyə çağırıb. APA-nın xəbərinə görə, E. Gilmor Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşdən sonra verdiyi açıqlamada təmas xəttində son günlər baş verən hadisələri qəti şəkildə pisləyib: “Bu münaqişə güc yolu ilə həll olunmayacaq. Zorakılıq dayandırılmalıdır. Bu mesajımı Azərbaycanda da səsləndirəcəm. Qarşılıqlı etimad yaradılmasının vaxtı çatıb, bunun üçün bütün tərəflərin iradəsi və sülh öhdəliyi tələb olunur”. Davamı

12.06.2012