Monthly Archives: May 2012

ABŞ Konqresinin Alt Komitəsi Dağlıq Qarabağdakı separatçı rejimə ayrılan yardımın miqdarını 2,5 dəfə artırmağı təklif edib

konqresAlt Komitə Barak Obamanın Ermənistana göstərilən yardımı 7,5 milyon dollar azaltmaq təklifini yolverilməz sayır
ABŞ Konqresinin Təxsisatlar Komitəsinin xarici əməliyyatlar üzrə Alt Komitəsi gələn il Dağlıq Qarabağdakı separatçı rejimə göstərilən humanitar yardımın miqdarını 2 milyon dollardan 5 milyon dollaradək artırmağı təklif edib. APA-nın ABŞ Erməni Milli Komitəsinə istinadən yaydığı məlumata görə, Alt Komitə həmçinin Obama administrasiyasının Ermənistana yardımın 7,5 milyon dollar azaldılması təklifini rədd edib. Davamı

17.05.2012

Azərbaycanda çimərliklərin monitorinqinə başlanıb

chimerlik_bakiRespublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakı və Abşeron yarımadasında yerləşən çimərliklərin monitorinqinə başlayıb. Bu barədə APA-ya Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov bildirib. Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında yerləşən bütün çimərliklərdən dəniz suyunun nümunələri götürülüb. Davamı

16.05.2012

BMT-nin baş katibi Beynəlxalq Ailə Günü münasibəti ilə müraciət yayıb

aile_gunuBMT-nin baş katibi Pan Gi Mun Beynəlxalq Ailə Günü münasibəti ilə dünya ictimaiyyətinə müraciət edib. BMT-nin Bakı ofisindən APA-ya verilən məlumata görə, müraciətdə bu ilki Beynəlxalq Ailə Günündə iş və ailə həyatı arasında balansın vacibliyi vurğulanıb: “Əsas məqsəd dünyanın hər tərəfində işçilərin ailələrini maddi və mənəvi cəhətdən təmin etməklə yanaşı, yaşadıqları cəmiyyətin sosial-iqtisadi inkişafına öz töhfələrini verməyə yardım etməkdən ibarətdir. Davamı

15.05.2012

Azərbaycan şaxmatçısı dünya çempionu oldu

Gunay_MemmedzadeRumıniyanın Yassı şəhərində məktəblilər arasında şahmat üzrə 8-ci dünya çempionatı başa çatıb. Sport.1news.az saytının məlumatına görə, Azərbaycan şahmatçıları altı medal qazanıblar. Günay Məmmədzadənin möhtəşəm çıxışı ona 13 yaşadək yaş kateqoriyasında 7,5 halla 1-ci yeri qazandırıb. Gümüş medalı 7 halla onun komanda yoldaşı Nərmin Məmmədova əldə edib. İkinci yerləri həmçinin Xatun Bağırova (15 yaşadək), İsmayıl Şaxaliyev (13 yaşadək) bölüşdürüb, bürünc medallar isə Aytən Əmrəyeva (15 yaşadək) və Nərmin Soyunlunun (17 yaşadək) payına düşüb. Davamı

15.05.2012