Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) referendumun ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirib. AVCİYA-nın seçki mərkəzinin rəhbəri Məhərrəm Zülfüqarlı qeyd edib ki, təşkilat 118 dairə üzrə 3 min məntəqədə müşahidə aparıb, ELS Müstəqil Araşdırma Mərkəzi ilə birlikdə 800 məntəqədə «exit-poll» keçirib. Davamı
Monthly Archives: May 2009
“İki pilləli bələdiyyə sistemi-Azərbaycanda yerli özünü idarəetmənin perspektiv inkişaf istiqaməti kimi”-Dəyirmi Masa
«ELS» Müstəqil Araşdırmalar Mərkəzi 2009-cu ilin may ayının 26 tarixində saat 11:00-12:00-da «Caspian Plaza» otelinin (ünvan: C.Cabbarlı, 44) konfrans zalında bələdiyyələrin işinin təkmilləşdirilməsinə həsr olunmuş “İki pilləli bələdiyyə sistemi-Azərbaycanda yerli özünüidarəetmənin perspektiv inkişaf istiqaməti kimi” mövzusunda Dəyirmi Masa keçirmişdir. Davamı
Referendum zamanı AVCİYA və «ELS» MAM-ın birgə keçirdiyi «Exit-poll»tədqiqatının ilkin nəticələri
2009-cu il 18 mart Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklərin edilməsi ilə bağlı referendum zamanı AVCİYA və «ELS» Müstəqil Araşdırmalar Mərkəzinin birgə keçirdiyi «Exit-poll» tədqiqatının ilkin nəticələri. Davamı
AVCİYA və “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin refendumla bağlı məlumatı- Yenilənib
2009-cu il 18 mart Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklərin edilməsi ilə bağlı referendum zamanı AVCİYA və «ELS» Müstəqil Araşdırmalar Mərkəzinin birgə keçirdiyi «Exit-poll» tədqiqatının ilkin nəticələri barədə məlumatda bildirilir ki, 2009-cu il mart ayının 18-də Referendum zamanı Azərbaycanda 118 seçki dairəsinin 800 məntəqəsində AVCİYA və «ELS» Müstəqil Araşdırmalar Mərkəzinin birgə keçirdiyi «Exit-poll» tədqiqatının ilkin nəticələrinə əsasən seçici fəallığı 69,7% olmuşdur, bülletenə daxil edilmiş 29 maddə rəyi soruşulan seçicilərin 50%-dən xeyli çox hissəsi tərəfindən dəstəklənmişdir. Davamı
“İqlim dəyişmələri ilə bağlı Azərbaycanda istilik effekti yaradan qazların idarə edilməsi” mövzusunda beynəlxalq konfrans
5 may 2009-cu il tarixdə Azərbaycan Dövlət Neft Şirkəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dünya Bankının Karbon Fondunun dəstəyi ilə “İqlim dəyişmələri ilə bağlı Azərbaycanda istilik effekti yaradan qazların idarə edilməsi” mövzusunda beynəlxalq konfrans keçirmişlər.
Konfransda ARDNŞ, müvafiq nazirliklər və dövlət strukturları, “Azərenerji” ASC, “Azəriqaz” QSC, BP və Statoyl Hidro şirkətləri, ABŞ, Böyük Britaniya, Norveç və digər səfirliklərin, bir sıra beynəlxalq təşkilatların, qeyri-hökumət və özəl sektorun nümayəndələri iştirak etmişlər. Davamı


