“İki pilləli bələdiyyə sistemi-Azərbaycanda yerli özünü idarəetmənin perspektiv inkişaf istiqaməti kimi”-Dəyirmi Masa

p1«ELS» Müstəqil Araşdırmalar Mərkəzi 2009-cu ilin may ayının 26 tarixində saat 11:00-12:00-da «Caspian Plaza» otelinin (ünvan: C.Cabbarlı, 44) konfrans zalında bələdiyyələrin işinin təkmilləşdirilməsinə həsr olunmuş “İki pilləli bələdiyyə sistemi-Azərbaycanda yerli özünüidarəetmənin perspektiv inkişaf istiqaməti kimi” mövzusunda Dəyirmi Masa keçirmişdir.

Tədbirdə Milli Məclis, Ədliyyə Nazirliyi, İcra Hakimiyyəti, bələdiyyələrin səlahiyyətli şəxslərinin, yerli QHT, beynəlxalq təşkilatların, o cümlədən KİV təmsilçilərinin iştirak etmişdilər.

Tədbirin keçirilməsində məqsəd bələdiyyələrin iki pilləli sisteminin tətbiqi məsələləri, mövcud vəziyyət və problemlər, onları yaradan səbəblər və habelə vəziyyətdən çıxış yolları müzakirə etmək olmuşdur. Masada Mərkəzin bu məsələ ilə bağlı keçirdiyi monitorinqin nəticələri və problemin həlli istiqamətində təkliflər paketi təqdim edilmişdir.

Dəyirmi Masada “ELS” MAM-ın rəhbəri İradə Yaqubova “Bakı şəhərinin idarə olunmasının qiymətləndirilməsi” mövzusunda çıxış edərək monitorinq nəticələrini açıqlamışdır. Sonra müstəqil ekspert Vüqar Tofiqli “Azərbaycan bələdiyyəsi: real vəziyyət və iqtisadi inkişaf istiqamətləri” mövzusunda çıxış etmişdir. Çıxışlardan sonra Dəyirmi Masa iştirakçıları mövzu ətrafında müzakirələr aparmışlar.

p3 p2

26.05.2009