Tədbirdə ayrı-ayrı bələdiyyələrin təmsilçiləri, Ədliyyə Nazirliyinin, yerli icra hakimiyyətlərinin, Milli Məclisin nümayəndələri iştirak edib. Bələdiyyə problemləri üzrə ekspert Vüqar Tofiqli “Azərbaycan bələdiyyəsinin real vəziyyəti və iqtisadi inkişaf problemləri” mövzusunda məruzə ilə çıxış edib. Bu il Azərbaycanda bələdiyyələrin 10 yaşının tamam olduğunu bildirən ekspert ötən illər ərzində bələdiyyələrin uğurları ilə yanaşı müəyyən problemlərini də olduğunu vurğulayıb. V. Tofiqli bildirib ki, bəzən dövlət rəsmiləri heç bir əsas olmadan bələdiyyələri tənqid edir: “Sözsüz ki, bəzi bələdiyyələrin işində nöqsanlar olur. Ötən il müddətində 122 qeyri-qanuni sənədin verildiyi aşkar edilib. Bəzi bələdiyyələrin sədrləri öz adına özbaşına torpaq özəlləşdirib. Amma bunları bütün bələdiyyələrə aid etmək doğru deyil”. Davamı
“Azərbaycan bələdiyyə sistemi: reallıqlar və problemlər” mövzusunda dəyirmi masa keçirilib
2.05.2009


