Martın 2-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirmişlər ki, əvvəlcə komissiyanın 2009-cu il 9 fevral, 11 fevral, 16 fevral, 18 fevral və 24 fevral tarixli iclaslarının protokolları təsdiq olunmuşdur. Martın 2-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir. Davamı
Monthly Archives: March 2009
Referendumu izləmək üçün 18 min 795 müşahidəçi qeydiyyatdan keçib
Martın 18-də Azərbaycanda keçiriləcək referendumu izləmək üçün bu günə qədər 18 min 795 müşahidəçi seçki komissiyalarında qeydiyyatdan keçib. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, müraciət edənlərin əksəriyyəti müşahidəçi vəsiqəsi ilə təmin edilib. MSK sədri heç bir müşahidəçiyə mənfi cavab verilmədiyini, əksinə müşahidəçilərin sayının çox olmasında maraqlı olduqlarını qeyd edib. M. Pənahov bildirib ki, Müşahidəçilərin 966-sı MSK-da, 17 min 795-i isə Dairə Seçki Komissiyalarında qeydə alınıb. Davamı
18 mart referendumu ilə bağlı “Mövcud tərəflərin seçkilərdə rolu” mövzusunda silsilə tədbirlər keçiriləcək
Azərbaycanda martın 18-də keçiriləcək referendumla bağlı “Mövcud tərəflərin seçkilərdə rolu” mövzusunda silsilə tədbirlər keçiriləcək. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindəndaxil olan məlumata görə, tədbir MSK, Prezident Aparatı və ATƏT-in birgə təşkilatçılığı ilə keçiriləcək. İlk tədbir sabah Bakıda baş tutacaq. Burada Prezident Aparatının müvafiq şöbələrinin nümayəndələri, yerli icra hakimiyyəti orqanlarını rəhbərləri, Dairə Seçki Komissiyalarının sədrləri iştirak edəcək. Daha sonra isə Gəncə, Şirvan və digər bölgələrdə də eyni mövzuda dəyirmi masa təşkil olunacaq. Davamı


