Referendumu izləmək üçün 18 min 795 müşahidəçi qeydiyyatdan keçib

Martın 18-də Azərbaycanda keçiriləcək referendumu izləmək üçün bu günə qədər 18 min 795 müşahidəçi seçki komissiyalarında qeydiyyatdan keçib. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, müraciət edənlərin əksəriyyəti müşahidəçi vəsiqəsi ilə təmin edilib. MSK sədri heç bir müşahidəçiyə mənfi cavab verilmədiyini, əksinə müşahidəçilərin sayının çox olmasında maraqlı olduqlarını qeyd edib. M. Pənahov bildirib ki, Müşahidəçilərin 966-sı MSK-da, 17 min 795-i isə Dairə Seçki Komissiyalarında qeydə alınıb. MSK-da qeydə alınan müşahidəçilər istənilən seçki dairəsinin ərazisində, DSK-da qeydə alınan müşahidəçilər isə yalnız qeydə alındığı seçki dairəsinin ərazisində səsvermənin gedişini izləmək hüququna malik olacaqlar. Müşahidəçilərin qeydiyyatı səsverməyə 10 gün qalana kimi davam edəcək.

2.03.2009