Mərkəzi seçki komissiyasınin iclası keçirilmişdir

Martın 2-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirmişlər ki, əvvəlcə komissiyanın 2009-cu il 9 fevral, 11 fevral, 16 fevral, 18 fevral və 24 fevral tarixli iclaslarının protokolları təsdiq olunmuşdur. Martın 2-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirmişlər ki, əvvəlcə komissiyanın 2009-cu il 9 fevral, 11 fevral, 16 fevral, 18 fevral və 24 fevral tarixli iclaslarının protokolları təsdiq olunmuşdur.

Sonra MSK katibi Natiq Məmmədov 2009-cu il martın 18-nə təyin olunmuş referendumda səsvermə prosesində seçki məntəqələrində web-kameralardan istifadə təcrübəsinin tətbiq edilməsi haqqında məsələ barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası qərara almışdır ki, 2009-cu il martın 18-nə təyin edilmiş ümumxalq səsverməsində (referendumda) səsvermə prosesində aşkarlığın daha geniş təmin edilməsi məqsədi ilə seçki (referendum) məntəqələrində veb-kameralardan istifadə edilməsi təcrübəsi tətbiq edilərək Azərbaycan Respublikasının ərazisində 500 seçki (referendum) məntəqəsində veb-kameralar quraşdırılsın.
MSK 21 saylı Nəsimi birinci və 93 saylı Bərdə şəhər seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Bakı ofisinin, Beynəlxalq Respublikaçılar İnstitutunun, Milli Demokratiya İnstitunun, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mənbə: www.apa.az

 

3.03.2009