Martın 18-də keçiriləcək referendumu izləmək üçün Mərkəzi Seçki Komissiyasında (MSK) 1395 müşahidəçi qeydiyyatdan keçib. MSK-nın mətbuat xidmətindən verilən məlumata görə, qurumda müşahidəçilərin qeydiyyatı martın 8-də dayandırılacaq. Dairə Seçki Komissiyalarında (DSK) isə 21 min 627 müşahidəçi qeydə alınıb. DSK-larda müşahidəçilərin qeydiyyatı martın 13-də səsverməyə 5 gün qalmış dayandırılacaq. MSK-da qeydə alınmış müşahidəçilər bütün ölkə ərazisində istənilən seçki dairəsində, DSK-da qeydə alınan müşahidəçilər isə konkret bir seçki dairəsinin ərazisində müşahidə aparmaq hüququna malik olacaqlar. Müraciət edən bütün müşahidəçilər müşahidəçilik vəsiqəsi ilə təmin olunublar.
Mənbə: www.apa.az Davamı
Daily Archives: 03/06/2009
AŞ PA-nın müşahidə missiyası Azərbaycandakı referendumu izləyəcək
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) müşahidə missiyası martın 18-də Azərbaycanda keçiriləcək referendumu izləyəcək. Bu açıqlamasında Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. O bildirib ki, hazırda missiyanın tərkibi formalaşmaqdadır: “Missiya üzvlərinin sayı 7-9 nəfər olacaq. Qrupa böyük ehtimalla belçikalı deputat Pol Villi başçılıq edəcək”.
Mənbə: www.apa.az Davamı
AŞ PA Monitorinq Komitəsinin üzvü: “Azərbaycanda keçiriləcək referenduma müsbət yanaşıram”
“Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı martın 18-də keçiriləcək referendum pozitiv xarakter daşıyır”. Bu açıqlamanı AŞ PA Monitorinq Komitəsinin üzvü, britaniyalı deputat Maykl Henkok verib.
“Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı martın 18-də keçiriləcək referendum pozitiv xarakter daşıyır”. Bu açıqlamanı AŞ PA Monitorinq Komitəsinin üzvü, britaniyalı deputat Maykl Henkok verib. Davamı


